Layihə: Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim
potensialının gücləndirilməsinə dəstək
Layihə No. 05.3506.2-020.00
Liderlik bacarıqları mövzusu üzrə təlim kurikulumu və köməkçi materialların
hazırlanması
1. Layihə haqqında qısa məlumat
Aİ və Azərbaycan Respublikasının daxil olduğu Şərqi Avropa tərəfdaşları arasındakı
əməkdaşlıq Aİ-nın xarici əlaqələrinin mühüm hissəsini təşkil edir. Aİ-Azərbaycan əlaqələrinin
dərinləşdirilməsi məqsədilə əsas addım kimi gələcəkdə Assosiasiya Sazişinin (AS)
imzalanması nəzərdə tutulmuşdur. Bu məqsədlə zəruri insan potensialının formalaşdırılması
və institusional islahatlar Şərq Tərəfdaşlığının (ŞT) Hərtərəfli İnstitusional Quruculuq (HİQ)
Proqramı çərçivəsində həyata keçirilməkdədir. Xüsusilə, İnstitusional İslahat Planları (İİP)
çərçivəsində, üç prioritet sahənin dəstəklənməsini nəzərdə tutan çoxillik proqramlar müəyyən
edilmişdir.
Layihə İİP 3-ün ikinci əsas məqsədinin həyata keçirilməsinə yönəlmişdir. Layihənin məqsədi
dövlət qulluqçuları üçün təlimlərin və dövlət qurumlarında peşəkarlığın artırılması
funksiyalarının idarə və koordinasiya edilməsində Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) imkanlarını gücləndirmək,
bununla da təlim strategiyasının və siyasətinin hazırlanmasına və həyata keçirilməsinə nail
olmaqdır. Fəaliyyətin Lot 2 üzrə iki spesifik məqsədi (i) dövlət qulluğu üzrə milli təlim
strategiyasının hazırlanmasının və onun icrasının dəstəklənməsi (monitorinq və
qiymətləndirmə mexanizmləri, dövlət orqanlarının İnsan Resurslarının İdarəedilməsi (İRİ) /
İnsan resurslarının İnkişafı (İRİ) bölmələrinin işçi heyəti üçün təlim), və (ii) dövlət orqanlarının
Avropa standartlarına uyğunlaşması prosesini dəstəkləyən prioritet kəsişən sahələr üzrə
standart təlim kurikulumlarının hazırlanmasına yardım göstərməklə DQMK-nın mütəmadi
təlim keçmə potensialını gücləndirməkdir.
Bu layihə nəzərdə tutulan konkret məqsədlərə nail olmaq məqsədilə, benefisiarların
ehtiyaclarını və çatışmazlıqlarını nəzərə alaraq, dəstək üçün ən müvafiq sahələr kimi üç əsas
nəticə istiqaməti müəyyən edir::
1. dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması və onun həyata keçirilməsi,
2. Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim kurikulumlarının
hazırlanması və təsdiqlənməsi,
3. prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının hazırlanması
DQMK-nın birbaşa iştirakı ilə yerinə yetiriləcək yuxarıda göstərilmiş istiqamətlər onun
təlimlərin təşkil edilməsi və həyata keçirilməsi sahəsindəki potensialını gücləndirəcək, eləcə
də dövlət orqanları arasında dövlət qulluqçularının təlimi və peşəkarlığının artırılmasının
davamlı idarəetməsi və koordinasiyası üçün lazımi baza ilə təmin edəcəkdir. Layihə 2013-cü
ilin dekabr ayında başlamışdır və iki il müddətində həyata keçiriləcəkdir.
2. Tapşırığın məqsədi və layihə hədəflərinə töhfəsi Layihənin əsas nəticə istiqamətlərindən biri Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə
standart təlim kurikulumlarının hazırlanmasıdır. Hal-hazırda layihə çərçivəsində təlim
ehtiyaclarının qiymətləndirilməsi (TEQ) üzrə sistematik metodologiya hazırlanmaqdadır.
Bununla bağlı olaraq 2015-ci ilin əvvəlində ən azı bir dövlət orqanında pilot TEQ həyata
keçiriləcəkdir.
1
Təsvir edilən fəaliyyət çərçivəsindəki təlimlər bütün dövlət orqanlarının təlim ehtiyaclarını
əhatə edəcəyi üçün əsas prioritet Azərbaycan-Aİ razılaşmaları üzrə danışıqların aparılması
və onların icrasında rolu olan hədəf qruplara xüsusi diqqət verməklə ümumi xarakterli təlim
sahələrini əhatə etmək olacaqdır. İdarəetmə və insan resurslarının idarə edilməsi, etik
davranış və korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu qanunvericiliyinin icrası və s. kimi
mövzular təlim kurikulumlarının hazırlanması üçün əsas təlim sahələri arasındadır.
TEQ-nin nəticələri hazırki təlim tələbatlarının müəyyənləşdirilməsinə xidmət edəcəkdir ki, bu
tələbatlar da DQMK və onun təlim mərkəzi tərəfindən qarşılanacaqdır. Bundan əlavə,
Azərbaycanda dövlət qulluqçularının ehtiyac duyduqları digər təlim mövzuları artıq məlumdur
və bu mövzularla bağlı müvafiq təlim materiallarının hazırlanmasına pilot TEQ başa
çatmazdan öncə başlamaq olar. Həmin mövzular arasından ilkin olaraq müəyyən edilənlərə
daxildir: -
-
-
-
-
Komandanın qurulması və motivasiya
Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik
Vaxtın idarə edilməsi və iş bölgüsü
Yaşlıların təlimi sahəsində təlimçilər üçün əsas bacarıqlar / Təlimçilərin təlimi
Liderlik bacarıqları Dövlət qulluqçularının əsas təlim tələbatlarına cavab verməklə, nəzərdə tutulan təlim
kurikulumları dövlət qulluqçularının bilik və bacarıqlarını artıracaq və beləliklə, dövlət qulluğu
sahəsindəki təlim sisteminin ümumi səmərəliliyini yüksəldəcəkdir.
Beləliklə, bu tapşırığın əsas məqsədi yuxarıda göstərilən təlim kurikulumu mövzularından biri
olan “Liderlik bacarıqları” üzrə Azərbaycan Respublikası dövlət qulluğu sahəsində təlim
kurikulumu və köməkçi materialların hazırlanmasıdır. Bundan əlavə, ekspert/məsləhət
xidməti bu kurikulumun bir pilot layihə çərçivəsində həyata keçirilməsində təlimçi funksiyasını
yerinə yetirəcəkdir.
Paralel olaraq, digər mövzularla bağlı təlim kurikulumları və köməkçi materiallar (Komandanın qurulması və Motivasiya,
Danışıqlar və münaqişələrin idarə edilməsi/Vasitəçilik, Vaxtın idarə edilməsi və İş bölgüsü, Yaşlıların təlimi sahəsində təlimçilər
üçün əsas bacarıqlar/Təlimçilərin təlimi) uyğun ekspertlər tərəfindən hazırlanacaqdır. Uyğun
gəldikdə bir ekspert eyni zamanda bir neçə kurikulumun hazırlanmasına cəlb edilə bilər.
Gələcəkdə, bütöv təlim planı DQMK tərəfindən dövlət qulluqçuları üçün təqdim edilən zaman,
tapşırığın icrasına cəlb edilmiş ekspert müvafiq potensiala sahib olduğu mövzular üzrə
müntəzəm təlimçi kimi fəaliyyət göstərə bilər.
3.
Qısamüddətli ekspert/məsləhət xidmətinin yerinə yetirməli olduğu tapşırıqlar Ekspert Almaniya Beynəlxalq Əməkdaşlıq (GIZ) təşkilatı və DQMK ilə əməkdaşlıq
çərçivəsində göstərilən əsas iki tapşırığı yerinə yetirməklə yuxarıda göstərilmiş ümumi
məqsədə töhfə verəcəkdir; (1) qeyd olunan əsas təlim mövzusu üzrə təlim kurikulumu və
köməkçi materialları tərtib etmək və hazırlamaq və (2) qeyd olunan təlim mövzusu üzrə bir
pilot təlim keçmək . Hər iki tapşırıq müştəri tərəfindən müəyyən edilən təlimatlara uyğun
olaraq yerinə yetirilməlidir. Standart kurikulum ən azı aşağıda göstərilmiş elementlərdən
(nümunələr/şablonlar müştəri tərəfindən təmin ediləcəkdir):
təşkil olunmalıdır ?
?
?
Xülasə
Təlim təlimatı/metodologiya
Təlimçilərin qeydləri / dərs planı (təlimin necə və hansı vasitələrlə həyata
keçiriləcəyinin ətraflı təsviri) – burada həmçinin təlimin müddəti ilə bağlı ən azı iki
seçənək qeyd olunmalıdır (məsələn, bir günlük və iki günlük təlim)
2
? ? ?
?
?
Təqdimatlar/Prezentasiyalar (“yaxşı” prezentasiyalar üçün meyarlar müştəri
tərəfindən təyin ediləcək)
Çap materialları ilə təqdim olunan metodlar və məşğələlər (komanda işi və rol
oyununun hər birisi üçün ən azı bir məşğələ)
Yerli kontekstə uyğunlaşdırılmış ən azı iki kazus/tapşırıq
Ümumi məlumat üçün mütaliə materialları
Əgər uyğundursa: öyrənmə səviyyəsini qiymətləndirmək məqsədilə təlimdən öncə və sonra tətbiq ediləcək test Təlimlər müasir və interaktiv təlim kurikulumları şəklində tərtib edilməli və beynəlxalq
standartlara cavab verə bilməlidir.
Qısamüddətli təlim kurslarının (1-3 gün) tərtibi zamanı dövlət qulluğunda çalışan kadrların iş
yükü və vaxt məhdudiyyətləri nəzərə alınmalıdır. Bununla yanaşı, qısamüddətli təlimlər hədəf
qrupların tələbatlarını tam şəkildə qarşılamaqla xüsusi praktik bilik və bacarıqların ən qısa
zaman ərzində çatdırılması məqsədini daşımalıdır. 1. Liderlik bacarıqları mövzusu üzrə təlim kurikulumu və köməkçi materiallar tərtib etmək
? ? ? ? ? ? ? ? ? ?
və hazırlamaq:
DQMK və GIZ ilə birlikdə məqsədlərin nəzərdən keçirilməsi və ortaq yanaşma haqda
razılığa gəlmək;
bütün materialların hazırlanması prosesində GIZ və DQMK ilə müntəzəm məlumat
mübadiləsinin təmin edilməsi;
mövcud materialları (təlim vəsaitlərinin) nəzərdən keçirmək və onların istifadəyə
yararlı hissələrini seçmək;
şəxsi təcrübə və bilikləri tətbiq etməklə müəyyən edilmiş təlim sahələri ilə bağlı
bütün proses boyunca digər ekspertlərlə effektiv koordinasiya və ünsiyyətin
qurulması;
tövsiyə edilən təlim kurikulumunun hazırlanma standartlarını müəyyən edən müfəssəl
iş planı hazırlayaraq təqdim etmək;
arzu olunan təlim günlərinin sayına əsasən təlim kurikulumunun effektiv şəkildə
həyata keçirilməsi üçün təfsilatlı vaxt cədvəli hazırlamaq;
hazırlanacaq təlim kurikulumunun innovativ təlim yanaşmaları və interaktiv
kommunikasiya metodlarından təşkil olunmasını təmin etmək;
rəy və təsdiq üçün təlim kurikulumu və köməkçi materialların ilkin paketini digər
ekspertlərlə birlikdə DQMK və GIZ-ə təqdim etmək;
zəruri olduğu halda, ilkin paketi verilən rəylərə uyğunlaşdırmaq.
2. Qeyd olunmuş təlim mövzusu üzrə bir pilot təlim hazırlamaq və onu keçmək: ? ? ?
?
?
Təlimi keçməyə hazırlaşmaq məqsədilə layihə çərçivəsində nəzərdə tutulan
Təlimçilərin Təlimi tədbirində iştirak etməyə hazır olmaq;
mümkün olduğu halda, pilot təlimin iştirakçıları üçün təlimdən öncə və sonra test
keçirmək və onların biliklərini dəyərləndirmək;
2015-ci il ərzində bir pilot təlim keçmək;
hazırlanmış kurikulumla bağlı tövsiyə olunan düzəlişləri və təlimin keçirilməsi ilə bağlı
digər məsələləri göstərməklə keçirilmiş təlim üzrə qısa, lakin müfəssəl hesabatın
təqdim edilməsi;
kurikuluma razılaşdırılmış düzəlişlərin edilməsi.
3
4.
Liderlik bacarıqları mövzusu üzrə təlim prosesinin məqsədləri
Öyrənmə prosesi ilə bağlı aşağıda göstərilmiş hədəf və məqsədlər təlim tərəfindən təmin
edilməlidir: ?
? ?
?
?
Liderlərin öhdəlikləri barədə daha yaxşı anlayışa sahib olmaq
Əsas liderlik bacarıqları, xarakter və tərzlərinin müəyyənləşdirilməsi və müzakirə
edilməsi
Liderlik və idarəetmə arasındakı fərqin öyrənilməsi
Səmərəli, effektiv və motivasiyalı komanda yaratmaq və davam etdirmək
Komandanın fəaliyyətinin idarə edilməsi üçün şəxsi texnika və bacarıqların gücləndirilməsi Yuxarıda göstərilən tapşırıqlara əlavə olaraq, ekspert hazırlanmış təlim kurikulumunun
aşağıdakıları cavab verdiyindən əmin olmalıdır;
5.
?
?
?
? ?
?
?
öyrənmə prosesinin fəal iştirak, motivasiya və rəylərin verilməsi mexanizmi, fərdi
yanaşma, ardıcıllıq və strukturlaşdırma, bilik və bacarıqların effektiv ötürülməsi kimi
əsas prinsiplərini əks etdirmək;
iştirakçıların tələbatlarını ödəmək;
slayd-şoular, şəkillər, videolar və s. kimi multimedia vasitələrini tətbiq etmək;
anlaşılması və izlənməsi asan olan nizamlı, sadə və cəlbedici məzmundan təşkil
olunmaq;
debatlar, sual-cavab və beyin həmləsi sessiyaları, kazuslar, sorğular, rol oyunları,
eləcə də yarış xarakterli, fərdi və qrup fəaliyyətləri vasitəsilə təlim iştirakçıları ilə
interaktiv ünsiyyətin təmin edilməsi;
interaktiv-müstəqil-təlimatçı əsaslı təlim yanaşmaları arasında balans;
keçirilmiş təlimlərin effektivliyini müəyyənləşdirmək və təlim kurikulumunu
təkmilləşdirmək məqsədilə təlim öncəsi və sonrası qiymətləndirmə metodlarının tətbiq
edilməsi. Gözlənilən nəticələr: Tapşırığın nəticəsi aşağıdakı kimi olmalıdır:
? Liderlik bacarıqları mövzusu üzrə elanın 3-cü bölməsində göstərilmiş standart təlim
kurikulumu elementləri ilə uyğun olan təlim kurikulumu paketi hazırlanmış və təqdim
edilmişdir; ?
2015-ci il ərzində bir qrup dövlət qulluqçusu üçün pilot təlim keçirilmişdir.
Hazırlanmış materiallar üçün tam müəllif hüquqları GIZ və DQMK-ya aid olacaqdır və
ekspertin GIZ və DQMK-nın yazılı razılığı olmadan hazırlanmış materiallarla təlim
keçməsinə icazə verilmir.
6.
7. Tələblər
? Müvafiq sahədə universitet dərəcəsi, kurikulum hazırlanmasında ixtisaslaşma arzu
olunandır
? 5 illik müvafiq peşəkar təcrübə
? Təlim modulu kurikulumlarının və köməkçi materialların hazırlanması təcrübəsinin
yazılı sübutu
? Təlim keçmə təcrübəsinin yazılı sübutu
? Azərbaycan dilindən səlis istifadə
? İngilis dilində yazılı/şifahi səlisliyin olması üstünlükdür Təmin ediləcək xidmətlərin məkanı Azərbaycan 4
Thank you for evaluating Wondershare PDF to Word.
You can only convert 5 pages with the trial version.
To get all the pages converted, you need to purchase the software from: