Təlim kurikulumu və köməkçi materialların hazırlanması məqsədilə Qısamüddətli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 110.44 Kb.
tarix14.07.2018
ölçüsü110.44 Kb.




Təlim kurikulumu və köməkçi materialların

hazırlanması məqsədilə Qısamüddətli

Ekspert/Məsləhət xidmətinin göstərilməsi üçün

Texniki Şərtlər – mövzu: Vaxtın idarə edilməsi və İş

bölgüsü

Layihə: Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim

potensialının gücləndirilməsinə dəstək

Layihə No. 05.3506.2-020.00

Vaxtın idarə edilməsi və İş bölgüsü mövzusu üzrə təlim kurikulumu və köməkçi

materialların hazırlanması


1.
Layihə haqqında qısa məlumat


Aİ və Azərbaycan Respublikasının daxil olduğu Şərqi Avropa tərəfdaşları arasındakı

əməkdaşlıq Aİ-nın xarici əlaqələrinin mühüm hissəsini təşkil edir. Aİ-Azərbaycan əlaqələrinin

dərinləşdirilməsi məqsədilə əsas addım kimi gələcəkdə Assosiasiya Sazişinin (AS)

imzalanması nəzərdə tutulmuşdur. Bu məqsədlə zəruri insan potensialının formalaşdırılması

və institusional islahatlar Şərq Tərəfdaşlığının (ŞT) Hərtərəfli İnstitusional Quruculuq (HİQ)

Proqramı çərçivəsində həyata keçirilməkdədir. Xüsusilə, İnstitusional İslahat Planları (İİP)

çərçivəsində, üç prioritet sahənin dəstəklənməsini nəzərdə tutan çoxillik proqramlar müəyyən

edilmişdir.

Layihə İİP 3-ün ikinci əsas məqsədinin həyata keçirilməsinə yönəlmişdir. Layihənin məqsədi

dövlət qulluqçuları üçün təlimlərin və dövlət qurumlarında peşəkarlığın artırılması

funksiyalarının idarə və koordinasiya edilməsində Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) imkanlarını gücləndirmək,

bununla da təlim strategiyasının və siyasətinin hazırlanmasına və həyata keçirilməsinə nail

olmaqdır. Fəaliyyətin Lot 2 üzrə iki spesifik məqsədi (i) dövlət qulluğu üzrə milli təlim

strategiyasının hazırlanmasının və onun icrasının dəstəklənməsi (monitorinq və

qiymətləndirmə mexanizmləri, dövlət orqanlarının İnsan Resurslarının İdarəedilməsi (İRİ) /

İnsan resurslarının İnkişafı (İRİ) bölmələrinin işçi heyəti üçün təlim), və (ii) dövlət orqanlarının

Avropa standartlarına uyğunlaşması prosesini dəstəkləyən prioritet kəsişən sahələr üzrə

standart təlim kurikulumlarının hazırlanmasına yardım göstərməklə DQMK-nın mütəmadi

təlim keçmə potensialını gücləndirməkdir.

Bu layihə nəzərdə tutulan konkret məqsədlərə nail olmaq məqsədilə, benefisiarların

ehtiyaclarını və çatışmazlıqlarını nəzərə alaraq, dəstək üçün ən müvafiq sahələr kimi üç əsas

nəticə istiqaməti müəyyən edir::

1. dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması və onun həyata keçirilməsi,

2. Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim kurikulumlarının

hazırlanması və təsdiqlənməsi,

3. prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının hazırlanması

DQMK-nın birbaşa iştirakı ilə yerinə yetiriləcək yuxarıda göstərilmiş istiqamətlər onun

təlimlərin təşkil edilməsi və həyata keçirilməsi sahəsindəki potensialını gücləndirəcək, eləcə

də dövlət orqanları arasında dövlət qulluqçularının təlimi və peşəkarlığının artırılmasının

davamlı idarəetməsi və koordinasiyası üçün lazımi baza ilə təmin edəcəkdir. Layihə 2013-cü

ilin dekabr ayında başlamışdır və iki il müddətində həyata keçiriləcəkdir.



2.
Tapşırığın məqsədi və layihə hədəflərinə töhfəsi

Layihənin əsas nəticə istiqamətlərindən biri Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə

standart təlim kurikulumlarının hazırlanmasıdır. Hal-hazırda layihə çərçivəsində təlim

ehtiyaclarının qiymətləndirilməsi (TEQ) üzrə sistematik metodologiya hazırlanmaqdadır.

1



Bununla bağlı olaraq 2015-ci ilin əvvəlində ən azı bir dövlət orqanında pilot TEQ həyata

keçiriləcəkdir.

Təsvir edilən fəaliyyət çərçivəsindəki təlimlər bütün dövlət orqanlarının təlim ehtiyaclarını

əhatə edəcəyi üçün əsas prioritet Azərbaycan-Aİ razılaşmaları üzrə danışıqların aparılması

və onların icrasında rolu olan hədəf qruplara xüsusi diqqət verməklə ümumi xarakterli təlim

sahələrini əhatə etmək olacaqdır. İdarəetmə və insan resurslarının idarə edilməsi, etik

davranış və korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu qanunvericiliyinin icrası və s. kimi

mövzular təlim kurikulumlarının hazırlanması üçün əsas təlim sahələri arasındadır.

TEQ-nin nəticələri hazırki təlim tələbatlarının müəyyənləşdirilməsinə xidmət edəcəkdir ki, bu

tələbatlar da DQMK və onun təlim mərkəzi tərəfindən qarşılanacaqdır. Bundan əlavə,

Azərbaycanda dövlət qulluqçularının ehtiyac duyduqları digər təlim mövzuları artıq məlumdur

və bu mövzularla bağlı müvafiq təlim materiallarının hazırlanmasına pilot TEQ başa

çatmazdan öncə başlamaq olar. Həmin mövzular arasından ilkin olaraq müəyyən edilənlərə

daxildir:

-

-

-

-

-

Komandanın qurulması və motivasiya

Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik

Vaxtın idarə edilməsi və iş bölgüsü

Yaşlıların təlimi sahəsində təlimçilər üçün əsas bacarıqlar / Təlimçilərin təlimi

Liderlik bacarıqları

Dövlət qulluqçularının əsas təlim tələbatlarına cavab verməklə, nəzərdə tutulan təlim

kurikulumları dövlət qulluqçularının bilik və bacarıqlarını artıracaq və beləliklə, dövlət qulluğu

sahəsindəki təlim sisteminin ümumi səmərəliliyini yüksəldəcəkdir.

Beləliklə, bu tapşırığın əsas məqsədi yuxarıda göstərilən kurikulum mövzularından biri olan

Vaxtın idarə edilməsi və İş bölgüsü” üzrə Azərbaycan Respublikası dövlət qulluğu sahəsində

təlim kurikulumu və köməkçi materialların hazırlanmasıdır. Bundan əlavə, ekspert/məsləhət

xidməti bu kurikulumun bir pilot layihə çərçivəsində həyata keçirilməsində təlimçi funksiyasını

yerinə yetirəcəkdir.

Paralel olaraq, digər mövzularla bağlı təlim kurikulumları və köməkçi materiallar

(Komandanın qurulması və Motivasiya,

Danışıqlar və münaqişələrin idarə

edilməsi/Vasitəçilik, Təlimçilərin Təlimi/Yaşlıların təlimi, Liderlik bacarıqları) uyğun ekspertlər

tərəfindən hazırlanacaqdır. Uyğun gəldikdə, bir ekspert eyni zamanda bir neçə kurikulumun

hazırlanmasına cəlb edilə bilər.

Gələcəkdə, bütöv təlim planı DQMK tərəfindən dövlət qulluqçuları üçün təqdim edilən zaman,

tapşırığın icrasına cəlb edilmiş ekspert müvafiq potensiala sahib olduğu mövzular üzrə

müntəzəm təlimçi kimi fəaliyyət göstərə bilər.



3.

Qısamüddətli ekspert/məsləhət xidmətinin yerinə yetirməli olduğu tapşırıqlar

Ekspert Almaniya Beynəlxalq Əməkdaşlıq (GIZ) təşkilatı və DQMK ilə əməkdaşlıq

çərçivəsində göstərilən əsas iki tapşırığı yerinə yetirməklə yuxarıda göstərilmiş ümumi

məqsədə töhfə verəcəkdir; (1) qeyd olunan əsas təlim mövzusu üzrə təlim kurikulumu və

köməkçi materialları tərtib etmək və hazırlamaq və (2) qeyd olunan təlim mövzusu üzrə bir

pilot təlim keçmək . Hər iki tapşırıq müştəri tərəfindən müəyyən edilən təlimatlara uyğun

olaraq yerinə yetirilməlidir.

Standart kurikulum ən azı aşağıda göstərilmiş elementlərdən

(nümunələr/şablonlar müştəri tərəfindən təmin ediləcəkdir):

təşkil olunmalıdır

?

?

Xülasə

Təlim təlimatı/metodologiya
2



?

?
?
?

?

?

Təlimçilərin qeydləri / dərs planı (təlimin necə və hansı vasitələrlə həyata

keçiriləcəyinin ətraflı təsviri) – burada həmçinin təlimin müddəti ilə bağlı ən azı iki

seçənək qeyd olunmalıdır (məsələn, bir günlük və iki günlük təlim)

Təqdimatlar/Prezentasiyalar (“yaxşı” prezentasiyalar üçün meyarlar müştəri

tərəfindən təyin ediləcək)

Çap materialları ilə təqdim olunan metodlar və məşğələlər (komanda işi və rol

oyununun hər birisi üçün ən azı bir məşğələ)

Yerli kontekstə uyğunlaşdırılmış ən azı iki kazus/tapşırıq

Ümumi məlumat üçün mütaliə materialları

Əgər uyğundursa: öyrənmə səviyyəsini qiymətləndirmək məqsədilə təlimdən öncə və

sonra tətbiq ediləcək test
Təlimlər müasir və interaktiv təlim kurikulumları şəklində tərtib edilməli və beynəlxalq

standartlara cavab verə bilməlidir.

Qısamüddətli təlim kurslarının (1-3 gün) tərtibi zamanı dövlət qulluğunda çalışan kadrların iş

yükü və vaxt məhdudiyyətləri nəzərə alınmalıdır. Bununla yanaşı, qısamüddətli təlimlər hədəf

qrupların tələbatlarını tam şəkildə qarşılamaqla xüsusi praktik bilik və bacarıqların ən qısa

zaman ərzində çatdırılması məqsədini daşımalıdır.
1. Vaxtın idarə edilməsi və İş bölgüsü mövzusu üzrə təlim kurikulumu və köməkçi

materiallar hazırlamaq:

?
?
?
?
?
?
?
?
?
?

DQMK və GIZ ilə birlikdə məqsədlərin nəzərdən keçirilməsi və ortaq yanaşma haqda

razılığa gəlmək;

bütün materialların hazırlanması prosesində GIZ və DQMK ilə müntəzəm məlumat

mübadiləsinin təmin edilməsi;

mövcud materialları (təlim vəsaitlərinin) nəzərdən keçirmək və onların istifadəyə

yararlı hissələrini seçmək;

şəxsi təcrübə və bilikləri tətbiq etməklə müəyyən edilmiş təlim sahələri ilə bağlı

öyrənmə prosesinin nəticələrinin müəyyənləşdirilməsinə töhfə vermək;

bütün proses boyunca digər ekspertlərlə effektiv koordinasiya və ünsiyyətin

qurulması;

tövsiyə edilən təlim kurikulumunun hazırlanma standartlarını müəyyən edən müfəssəl

iş planı hazırlayaraq təqdim etmək;

arzu olunan təlim günlərinin sayına əsasən təlim kurikulumunun effektiv şəkildə

həyata keçirilməsi üçün təfsilatlı vaxt cədvəli hazırlamaq;

hazırlanacaq təlim kurikulumunun innovativ təlim yanaşmaları və interaktiv

kommunikasiya metodlarından təşkil olunmasını təmin etmək;

rəy və təsdiq üçün təlim kurikulumu və köməkçi materialların ilkin paketini digər

ekspertlərlə birlikdə DQMK və GIZ-ə təqdim etmək;

zəruri olduğu halda, ilkin paketi verilən rəylərə uyğunlaşdırmaq.


2. Qeyd olunmuş təlim mövzusu üzrə bir pilot təlim hazırlamaq və onu keçmək:

? Təlimi keçməyə hazırlaşmaq məqsədilə layihə çərçivəsində nəzərdə tutulan


?
?

?

?

Təlimçilərin Təlimi tədbirində iştirak etməyə hazır olmaq;

mümkün olduğu halda, pilot təlimin iştirakçıları üçün təlimdən öncə və sonra test

keçirmək və onların biliklərini dəyərləndirmək;

2015-ci il ərzində bir pilot təlim keçmək;

hazırlanmış kurikulumla bağlı tövsiyə olunan düzəlişləri və təlimin keçirilməsi ilə bağlı

digər məsələləri göstərməklə keçirilmiş təlim üzrə qısa, lakin müfəssəl hesabatın

təqdim edilməsi;

kurikuluma razılaşdırılmış düzəlişlərin edilməsi.

3



4.

Vaxtın idarə edilməsi və İş bölgüsü mövzusu üzrə təlim prosesinin məqsədləri


Öyrənmə prosesi ilə bağlı aşağıda göstərilmiş hədəf və məqsədlər təlim tərəfindən təmin

edilməlidir:

?

?

?

?

?

?
?

?

?

Vaxtın idarə edilməsi ilə bağlı problemlərin nəyə görə yarandığını aydınlaşdırmaq

Məşğul” və “məhsuldar” olmaq anlayışları arasındakı fərqi anlamaq

Vaxtın idarə edilməsi alətlərini və onlardan effektiv istifadə yollarını öyrənmək

İşi planlaşdırmaq və prioritetləşdirmək bacarığını inkişaf etdirmək

Mənbələrdən daha effektiv şəkildə idarə etmək

Effektiv iş bölgüsü üçün alətlər və texnika da daxil olmaqla işlərin bölgüsündə efffektiv

olmaq

Aydın məqsədlər qoymanın əhəmiyyətini anlamaq

Eyni vaxt kəsiyində daha çox iş görə bilmək üçün şəxsi səmərəliliyin yaradılması

Fərdiləşdirilmiş fəaliyyət planı hazırlamaq.

Yuxarıda göstərilən tapşırıqlara əlavə olaraq, ekspert hazırlanmış təlim kurikulumunun

aşağıdakıları cavab verdiyindən əmin olmalıdır;


5.

?

?

?

?
?

?

?

öyrənmə prosesinin fəal iştirak, motivasiya və rəylərin verilməsi mexanizmi, fərdi

yanaşma, ardıcıllıq və strukturlaşdırma, bilik və bacarıqların effektiv ötürülməsi kimi

əsas prinsiplərini əks etdirmək;

iştirakçıların tələbatlarını ödəmək;

slayd-şoular, şəkillər, videolar və s. kimi multimedia vasitələrini tətbiq etmək;

anlaşılması və izlənməsi asan olan nizamlı, sadə və cəlbedici məzmundan təşkil

olunmaq;

debatlar, sual-cavab və beyin həmləsi sessiyaları, kazuslar, sorğular, rol oyunları,

eləcə də yarış xarakterli, fərdi və qrup fəaliyyətləri vasitəsilə təlim iştirakçıları ilə

interaktiv ünsiyyətin təmin edilməsi;

interaktiv-müstəqil-təlimatçı əsaslı təlim yanaşmaları arasında balans;

keçirilmiş təlimlərin effektivliyini müəyyənləşdirmək və təlim kurikulumunu

təkmilləşdirmək məqsədilə təlim öncəsi və sonrası qiymətləndirmə metodlarının tətbiq

edilməsi.
Gözlənilən nəticələr:

Tapşırığın nəticəsi aşağıdakı kimi olmalıdır:

?

?

Vaxtın idarə edilməsi və İş bölgüsü mövzusu üzrə elanın 3-cü bölməsində göstərilmiş

standart təlim kurikulumu elementləri ilə uyğun olan təlim kurikulumu paketi

hazırlanmış və təqdim edilmişdir;

2015-ci il ərzində bir qrup dövlət qulluqçusu üçün pilot təlim keçirilmişdir.


Hazırlanmış materiallar üçün tam müəllif hüquqları GIZ və DQMK-ya aid olacaqdır və

ekspertin GIZ və DQMK-nın yazılı razılığı olmadan hazırlanmış materiallarla təlim

keçməsinə icazə verilmir.


6.
Tələblər

? Müvafiq sahədə universitet dərəcəsi, kurikulum hazırlanmasında ixtisaslaşma arzu

olunandır

? 5 illik müvafiq peşəkar təcrübə

? Təlim modulu kurikulumlarının və köməkçi materialların hazırlanması təcrübəsinin

yazılı sübutu

? Təlim keçmə təcrübəsinin yazılı sübutu

? Azərbaycan dilindən səlis istifadə

? İngilis dilində yazılı/şifahi səlisliyin olması üstünlükdür

4


Thank you for evaluating Wondershare PDF to Word.

You can only convert 5 pages with the trial version.

To get all the pages converted, you need to purchase the software from:

http://store.wondershare.com/shop/buy/buy-pdf-to-word-converter.htm

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə