● Çərçivəli aparan sistem
Çərçivəli avtomobil ağır şəraitlərdə işləmək üçün nəzərdə tutulur. Çərçivəli aparan sistem bütün yük
avtomobillərində, qoşqu və yarımqoşqularda, böyük, yüksək keçiciliyə malik tam intiqallı minik
avtomobillərində və ayrı-ayrı avtobuslarda istifadə olunur. Yükünü özüboşaldan avtomobillərin aparan
sisteminə əsas çərçivədən başqa əlavə qısa çərçivə -çərçivəüstü də daxildir. Bu qısa çərçivədə yük
kuzovu quraşdırılır və kuzovun qaldırıcı mexanizminin quruluşları bərkidilir. Kuzovlu aparan sistem
xüsusi kiçik və orta sinif minik avtomobillərində, həmçinin müasir böyük sinif avtomobillərində tətbiq
edilir. İnteqrasiya olunmuş çərçivəli aparan sistemdə çərçivə və kuzov vahid konstruksiyada
birləşdirilir, onların karkası bütün yükləri birlikdə qəbul edir.
Şəkil 5.2. Çərçivəli aparan sistem
Çərçivə avtomobilin çəkisindən yaranan şaquli yükləri, hərəkət zamanı yaranan itələyici və burucu
qüvvələri qəbul edir, həmçinin yolun kələ kötürlülüyünü keçdikdə dinamiki yüklərin (təkan və
zərbələrin) təsiri altında olur. Bütün yük avtomobillərinin, yüksək sinif minik avtomobillərinin və bəzi
avtobusların çərçivəsi olur. Müasir avtomobillərdə çərçivəli aparan sistemin müxtəlif tipləri tətbiq
olunur. Çərçivə- lonjeronlu (uzununa tirlər), nərdivan şəkilli, X-şəkilli, X-şəkilli eninə tirlərlə periferiya
tipli, mərkəzi sütunlu sökülməyən və sökülən tipli olur. Avtomobillərin aparan sisteminin tiplərinin
sxemi şəkil 5.3-də göstərilmişdir.
Dostları ilə paylaş: |