Çərçivə iki uzununa və bir neçə eninə tirdən ibarətdir. Tirlər poladdan möhürlənir və kəsiyi
pazvari olur. Çərçivənin ayrı-ayrı hissələri pərçimlə yaxud qaynaq vasitəsilə birləşdirilir. Çərçivənin
davamlılığını və sərtliyini artırmaq üçün bucaqlıqlarda bərkidilir. Qanadları, bərkidilən yerini (pillələri),
yanacaq bakını, ressorları və başqa detalları bərkitmək üçün çərçivənin kronsteynleri olur.
80
Çərçivənin ön tərəfində iki yedək qarmağı, arxa tərəfində yedək tərtibatı qoyulur. Minik
avtomobillərində çərçivə vəzifəsini kuzanın əsası yerinə yetirir. Bu cür kuzaya aparan kuza deyilir.
Aparan kuza bərkidilmə yerlərində üstlüklərlə möhkəmləndirilir. Mühərrikin bərkidilməsi üçün
kuzanın ön tərəfində gödək çərçivə düzəldilir.
Şəkil 5.3. İnteqrasiyalı aparan kuza
● Avtomobillərin çərçivələrinin tipləri və quruluşu
Müasir
avtomobillərdə çərçivələrin konstruksiyasına,
formasına, dözümlülüyünə və
möhkəmliliyinə görə müxtəlif tipləri vardır.
Sxem 5.4. Çərçivənin tipləri
Lonjeronlu çərçivə bir-biri ilə köndələn atılan tirlərlə birləşdirilmiş iki uzununa tirlərdən
ibarətdir. Lonjeron - fransız dilindən götürülmüş “uzunu boyunca gedən” sözündəndir. Lonjeronlu
çərçivələr daha çox yayılmışdır. Lonjeronlar polad vərəqlərdən ştamplanır və dəyişən profilli şveller
kəsikli olur (şəkil 5.4). Lonjeronların ən çox yükləndiyi orta hissədə profilin hündürlüyü daha böyükdür.
Avtomobilin tipindən və onun tərtibatından asılı olaraq lonjeronlar bir-birinə paralel və ya bucaq
altında qoyula bilər, həmçinin şaquli və üfüqi müstəvilərdə əyilə bilər. Kuzovun, asqıların detallarının,
transmissiya mexanizmlərinin, idarəetmə sisteminin və digər elementlərin lonjeronlara bərkidilməsi
üçün ona lazım olan kronşteynlər pərçimləndirilir.
Şəkil 5.4. Lonjeronlu yük avtomobilinin çərçivəsi
Köndələn atılan tirlər də lonjeronlar kimi polad vərəqlərdən ştamplanır. Onlar uyğun
mexanizmlərin çərçivəyə bərkidilməsini təmin edən formalı hazırlanır. Məsələn, qabaq köndələn tir
mühərrikinin qabaq hissəsinin quraşdırılması üçün uyğunlaşdırılır. Çərçivənin ön ucunda bufer və
yedək qarmaqları quraşdırılır. Bufer - toqquşmalar və maneəni vurma zamanı təkan zərbələrin qəbul
Dostları ilə paylaş: