Təlim nəticəsi 5: Avtomobilin hərəkət hissəsinin ümumi quruluşunu bilir və müəyyən



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix08.01.2022
ölçüsü0,74 Mb.
#113733
1   2   3   4   5   6   7   8   9   10   ...   15
avtomobillarin-umumi-qurulusu(1)(2)

Şəkil 5.7. Yaylı asqı  

 

 



 

Şəkil 5.7. Yaylı asqı  

Yay  növləri  bunlardır:  yarpaq  yay,  helisel  yay,  burulma  çubuqlu  yay,  pnevmatik  (hava  yastıqlı)  yay, 

hidro pnevmatik yay.  

Yarpaq yaylar (Purjun)-əsasən yük maşını və köhnə tip  avtomobillərdə istifadə edilir. Yay polad 

çıxarılan bu yarpaqlar üst-üstə qoyularaq qandallarla sabit durmaları təmin edirlər. Boyları bir-birindən 

fərqli, yarpaqların üst-üstə düzülməsiylə qurulan bu sistem ümumiyyətlə ağır yük maşınlarında  istifadə 

edilir. Hissələrin hamısı mərkəz blotu ilə bir-birinə bağlanır. Əsas yarpağın hər iki ucu qıvrılaraq ön ox 

və asqı sistemlərinə bağlanır. Yaylanma əsnasında yay yarpaqları bir-biri üzərində sürtünərək sürüşmə 

edirlər, sürtünmənin ən  aza endirilməsi yarpaqların ömrünü uzadır.   İndiki vaxtda  artıq az qala heç 

istifadə edilməyən bu sistem, ən səmərəsiz asqı sistemlərindən biridir.  

Helisel yaylar - minik avtomobillərinin və sərnişin avtobusların asqı sistemlərində istifadə edilər. 

Yumru  kəsikli  yay  poladla  hazırlanmış  çubuqların  isidildikdən  sonra  qəliblər  üzərinə  tökülməsiylə 

formalaşdırılır.  Bu  yaylar,  ön  asqı  sistemində  alt  və  üst  yelləncəklər  arasına  bağlıdır.  Helisel  yaylar 

qırıldığı  və ya elastikliyini itirdiyi zaman yeniləriylə dəyişdirilir.  



Burulma çubuqlu yaylar - bir və ya birdən çox uzun polad çubuqlardan meydana gəlir.  Burulmaya 

qarşı  müqavimətli  çubuqların  bir  ucu  kvadrat  şəklində  hazırlanaraq  avtomobilin  asqı  blokuna 

dönməyəcək şəkildə quraşdırılır. Digər ucu isə asqı sisteminin uclarından birinə bağlanır, yolda təkərin 

hərəkətlərini  yumşaldıb  elastikliyı  təmin  edir.  Lakin  çox  uzun  ömürlü  olmurlar  və  ani  və  sərt 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin