Kombinə edilmiş körpülər aparan və idarə olunan körpülərdir. Mühərrikdən burucu momenti
,arxa və ya eyni zamanda bütün körpülər ola bilər. Asılı asqılı aparan körpü sərt içiboş tirdir. Onun
sonluqlarına yastıqlar üzərində aparan təkərlərin topları, içərisində isə baş ötürmə, diferensial və
Avtomobillərdə aparan körpülərin müxtəlif tipləri vardır: Asılı asqılı aparan körpü, qeyri asılı
asqılı aparan körpü, sökülən körpü, sökülməyən ştamplanmış – qaynaq olunmuş aparan körpü,
88
sökülməyən tökmə üsulu ilə hazırlanan aparan körpü. Konstruksiyasına görə körpülərin tirləri (asılı
asqılı) sökülən və ya sökülməyən; hazırlanma üsuluna görə isə möhürlənmiş və ya möhürlənməmiş
olur.
Sökülən körpünün karteri döyülə bilən çuqundan tökmə üsulu ilə hazırlanır. O, ayrılma yeri
uzununa şaquli müstəvidə olan, öz aralarında birləşdirilmiş iki hissədən ibarətdir. Karterin hər iki
hissəsi boğazlığa malikdir. Onlara yarımoxların polad boru şəkilli örtüyü preslənir, ressorların dayaq
sahələri və təkər əyləc mexanizmlərinin dayaq disklərinin bərkidilməsi üçün flanslar qaynaq olunur.
Sökülən aparan körpülər minik avtomobillərində, kiçik və orta yük götürmə qabiliyyətli yük
avtomobillərində istifadə olunur.
Sökülməyən ştamplanmış - qaynaq olunmuş aparan körpünün orta hissəsi üzük formasında
artırılmış bütöv tir şəkilində hazırlanır. Onun en kəsiyi boru şəklində olub, iki uzununa müstəvi üzrə
qaynaq olunmuş, ştamplanmış polad hissədən ibarətdir. Körpünün orta hissəsinə boş ötürmənin
karteri, tirinə asqının yaylarının dayaq fincanları, əyləc mexanizmlərinin dayaq disklərinin
birləşdirilməsi üçün flanslar, asqı detallarının bərkildilməsi üçün kronşteynlə qaynaq olunub. Bu
körpülər möhkəm və sərt olmaqla sökülən körpülərlə müqayisədə onların kütləsi və hazırlanma
qiyməti daha azdır.
Şəkil 5.14. Sökülməyən ştamplanmış - qaynaq olunmuş aparan körpü
Sökülməyən tökmə üsulu ilə hazırlanan aparan körpü döyülə bilən çuqundan və ya poladdan
hazırlanır və en kəsiyi düzbucaqlı şəklindədir. Yarımox qolların legirlənmiş poladdan borular preslənir,
onların sonlarına təkər topları yerləşdirilir. Flanslara əyləc mexanizmlərinin dayaq diskləri bərkidilir.
Sökülməyən tökmə üsulu ilə hazırlanan aparan körpülər böyük yük götürmə qabiliyyəti
avtomobillərində tətbiq olunur. Onlar sərtliyə və möhkəmliyə malik olarsa da, kütləsi və qabarit
ölçüləri böyük olur. Lakin müqayisədə xidmət üçün daha rahatdır, yəni baş ötürmə və diferensiala
xidmət göstərərkən körpünü sökməyə ehtiyac olmur. Müasir minik avtomobillərində arxa aparan
körpülər qeyri-asılı asqılarla təchiz edilir.
● Körpülərin növləri
İdarə olunan aparılan (mühərrikdən burucu moment ötürülməyən) təkərli körpülər
idarə
olunan körpü adlanır. Belə körpülər oynaqlarında dönmə sapları və birləşdirici elementlər
yerləşdirilmiş tirdir. İdarə olunan körpü əksər avtomobillərdə qabaq körpü olur. Onun əsası
ştamplanmış tir və ya çərçivəaltı - alt çərçivə ola bilər. Təkərləri eyni zamanda həm aparan və həm də
idarə olunan körpülər kombinə edilmiş körpü adlanır. Kombinə edilmiş körpü məhdud keçicilik
qabiliyyətli qabaq intiqalli minik avtomobillərində qabaq körpü kimi istifadə olunur. Kombinə edilmiş
körpünün yarımox örtüyünə üzərində çiv barmaqları olan oynaqlı dayaq bərkidilir və dönmə
yumruqları (sapfalar) yerləşdirilir. Dönmə yumruqlarının içərisində kardan oynağı yerləşir ki, onlardan
aparan və idarə olunan təkərlərə ötürmə verilir.
İdarə olunmayan aparılan təkərli körpülər saxlayan körpülər adlanır. Saxlayan körpülər qoşqu
və yarım qoşqularda, çoxoxlu yük avtomobilləri (şəkil 5.15) və həmçinin qabaq intiqalli minik
avtomobillərində arxa körpü kimi istifadə olunur. Saxlayan körpülər sonluqlarına yastıqlar üzərində
təkərlər yerləşdirilmiş tirdən ibarət olub yalnız şaquli yükü və əyləc qüvvəsini çərçivədən (kuzovdan
avtomobilin təkərlərinə örtülür) .
Şəkil 5.15. Yük avtomobilin arxa aparılan körpüsü
89
5.3.2 Tələbələr üçün fəaliyyətlər
• Müxtəlif kostruksiyalı 3 müxtəlif çarkada avtomobilin körpülərinin əlamətinə görə
təqdimatını hazırlayın.
• Aparan körpülərin tiplərinə görə 2 müxtəlif avtomobil adı yazın və onları müqayisəli izah
edin.
• İdarə olunan və idarə olunmayan körpüləri olan avtomobillərin xüsusiyyətləri haqqında
təqdimat hazırlayın.
5.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: