Təlim nəticəsi 5: Avtomobilin hərəkət hissəsinin ümumi quruluşunu bilir və müəyyən



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix08.01.2022
ölçüsü0,74 Mb.
#113733
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
avtomobillarin-umumi-qurulusu(1)(2)

 

 

 

 

Asqı

   


Söndürücü 

 

quruluşa görə

   

Stabilləşdirici 

 

qurluşa görə

   

Elastik quruluşa 

 

görə

   

İstiqamətləndiri

 

ci qu

 

ruluşa görə

   


Ressor

   


Stabilləşdiricisiz

   


Asılı

   


Amortizatorla

   


Qeyri

 

-

 

asılı

   


Yaylı

   


Amortizatorsız

   


Torsion

   


Pnevmatik

   



85  

  

yüklənməylə qırılırlar. Odur ki, hazırda ümumiyyətlə arxa asqı sistemlərində, ələlxüsus ön ötürücülü 



avtomobillərdə istifadə edilir.  

Pnevmatik (hava yastıqlı) yaylar  - havalı asqı sistemlərində işlədilir və hər təkərdə  hava yastığı 

əlavə  olunur.  Belə  yaylar  sərnişin  avtobusları,  yük  avtomobili  kimi  təzyiqli  hava  sistemi  olan  ağır 

nəqliyyat vasitələrində istifadə edilır. Hava yastığı, qoruyucu bir qab içində hava ilə şişirdilmiş rezin 

balondan meydana gəlir. Avtomobilin bütün ağırlığı bu hava yastıqlarının üstündə olur. Hava yastıqları, 

avtomobilin kompressorundan gələn təzyiqli hava ilə şişirdilir. Sistemdə olan səviyyə nizam aparatı, 

kuza ilə asqı bloku arasındakı məsafənin hər mövqedə bərabər qalmasını təmin edir.   

Səviyyə nizam aparatı idarəetmə qolu ox ilə əlaqəlidir.  Vasitə yükünün çox olması halında kuza 

yastıqlar üzərinə oturur, oxa yaxınlaşmaq istəyir. Yastığın çökməsiylə idarəetmə qolu, səviyyə nizam 

aparatı  təsir  balonlarına  dolan  havanın  təzyiqinin  artmasını  təmin  edır.  Yastıq,  kuza  ilə  ox  arasında 

nizamlanmış məsafəyə gələnə qədər şişir. Avtomobil yükünün azalması halında hava yastıqları sərbəst 

qalaraq ox ilə kuza arasındakı məsafəni açmaq istəyir. Bu vəziyyətdə də idarəetmə  qolu, səviyyə nizam 

aparatını  tərs  istiqamətdə  təsir  ilə  yastıq  hava  təzyiqlərini  lazım  olduğu  qədər  aşağı  salır.  Havası 

endirilən yastıqlar, kuza ilə ox arasındakı nizamlanan məsafənin sabit qalmasını təmin edir. İdarəetmə 

qolu, səviyyə nizam aparatı ilə birlikdə çalışaraq avtomobil yükünün artması halında hava yastıqlarına 

verilən havanın təzyiqini artırır. Yük azalması halında yastıq hava təzyiqi aşağı salınır. Nəticə olaraq yay 

və kuza arasındakı məsafə hər zaman sabit qalır.  

  

Şəkil 5.8. 

 

 

 

Asqının  qeyri-metal  elastik  elementlәrinә  −  rezin,  pnevmatik  vә  hidropnevmatik  elementlәr 

daxildir.  Rezin  elastik  elementlәr  -  müasir  asqılarda  әlavә  elastik  element  kimi  istifadә  edilir,  onlar 

mәhdudlaşdırıcı vә ya bufer adlandırılır. Çox vaxt buferin daxilinә onun möhkәmliyini artırmaq vә onun 

bәrkidilmәsindә istifadә olunan metal armatur vulkanizasiya olunur. Buferlәr sıxma vә qaytarma tipli 

olur.  Birincilәr  tәkәrlәrin  yuxarıya,  ikincilәr  isә  aşağıya  hәrәkәtini  mәhdudlaşdırır.  Әlavә 

rezinmәhdudlaşdırıcıların  tәtbiq  olunması  böyük  yerdәyişmәlәrdә  asqının  sәrtliyini  artırmaqla  әsas 

elastik  elementlәrinin  deformasiyasını  mәhdudlaşdırır  vә  metalın  metala  zәrbәsinin  qarşısını  alır. 

Sıxma vә qaytarma buferlәri adәtәn qeyri-asılı asqılarla birlikdә, asılı asqılarda isә yalnız sıxma buferlәri 

istifadә edilir.  

Pnevmatik  elastik  elementlәrdә  (pnevmoyastıqlarda)  -  sıxılmış  havanın  elastik  xüsusiyyәti 

istifadә  edilir.  Pnevmatik  elastik  element  armaturlaşdırılmış  rezindәn  balon  şәklindә  hazırlanır  vә 

xüsusi kompressordan verilәn sıxılmış hava ilә doldurulur. Bu elementlərin  forması da müxtәlif olur. 

Qolçaq tipli vә balon tipli pnevmoyastıqlar daha çox geniş yayılmışdır.  

Yaylar  üzərinə  gələn  yükü  yumşaldaraq  tərsi  istiqamətdə  çatdırma  vəzifəsini  öz  üzərinə 

götürən  hissə  amortizator  adlanır  (şəkil  5.9).

 

Avtomobil  çuxurlardan  keçəndə  təkər  asqı  blokuna 



yaxınlaşır, yay xeyli sıxılır və yay köhnə halına dönərkən böyük bir qüvvə ilə təkəri geriyə itələyir. Bu 

proses heç dayanmadan davam edir və prosesə maneə törədən yalnız kiçik amortizator sistemidir.  

  

Şəkil 5.9. Amortizator  

  

Sabit asqı sistemində - ox hər iki təkəri bir-birinə bağlayır və bir təkər üzərinə gələn qüvvə və  

titrəmə digər təkərə də təsir edir. Titrəmələrin çox olması olduqca diskomfort bir sürüşməyə səbəb 

olur. Lakin bu asqı sistemini meydana gətirən hissələri sadə olduğundan qiyməti, xərcləri aşağı, təmiri 

isə asan və  uzunömürlüdür. Ona görə də sistem ağır nəqliyyat vasitələrində istifadə edilir.  

Sərbəst Asqı Sistemi - minik avtomobillərinın hamısında ön asqı sistemi kimi istifadə olunur, 

bəzi  vasitələrdə  arxada  da  sərbəst  asqı  sistemi  istifadə  edildiyi  görülür.  Bu  sistemin  asqı  sistemi  iki 

təkər  arasında  birbaşa  əks  əlaqəsi  olmadığından  sağ  və  sol  təkərlərdə  dayandırılması  mexanizmləri 



86  

  

müstəqil olaraq işləyir və çox daha komfortlu bir sürüş təmin edilmiş olur. Lakin bu sistemlərdə təkərlər 



çox hərəkətli olduğundan və bir-birləri ilə bağlı olmadıqlarından yan qüvvələrə dayanıqlılıqları daha az 

və aşınmaları daha asandır. Lakin minik avtomobillərdə bu sistemin istifadə edilməsi rahat bir sürüş və 

rahatlıq üçün əvəz olunmazdır. Ən çox istifadə edilən sərbəst asqı sistemi MacPherson sistemidir.  

 

 



Şəkil 5.10. Sərbəst asqı sistemi

 

 

 

 



Asqılar 

- yarımsərt və yumşaq tipdə olur. Yarımsərt asqılar əksər traktorlarda, yumşaq (elastik 

elementləri olan) asqılar isə avtomobil və digər sürətli avtomobillərdə istifadə olunur.  



Asqının istiqamәtlәndirici elementi - itәlәyici, reaktiv vә yan qüvvәlәri körpüdәn çәrçivәyә vә 

әksinә  ötürmәk  üçün  istifadә  edilir.  Əyləclama  zamanı  əyləc  qüvvәsi  tәkәrlәrdәn  çәrçivәyә 

istiqamәtlәndirici elementlәrlә ötürülür. İstiqamәtlәndirici elementlәr yalnız uzununa vә eninә qüvvә 

vә anları ötürmür, o, tәkәrlәrin çәrçivәyә (kuzova) nәzәrәn yerdәyişmәsinin xarakterini dә müәyyәn 

edir.  İstiqamәtlәndirici  elementlәrin  konstruksiyasına  görә  asqılar  iki  әsas  qrupa  bölünür:  asılı  vә 

qeyriasılı asqılar (Şəkil 5.11). Asılı asqının sәciyyәvi xüsusiyyәti, oxun sağ vә sol tәkәrini birlәşdirәn sәrt 

tirin olmasıdır, bunun da nәticәsindә onlardan birinin eninә müstәvidә hәrәkәti digәrinә ötürülür.  

  

  



 a)                                                    b)  

Şəkil 5.11. Asılı (a) və qeyri-asılı (b) asqının iş sxemi  

  

Asılı  ressor  asqı  -  körpüdәn  vә  uzununa  yarım  elliptik  ressorlardan  ibarәt  olub,  hidravlik 

amortizatorla tәmin edilir. Asqısı sadә konstruksiyalı, etibarlılığı yüksәk, çox böyük yüklәnmәyә davam 

gәtirdiyindən  yük  avtomobillәrindә  geniş  istifadә  edilir.  Qeyri-asılı  asqıda  bir  oxun  tәkәrlәri  öz 

aralarında birbaşa әlaqәlənmir və bir-birindәn asılı olmadan yerlәşdirilir. Qeyri-asılı asqıda tәkәrlәrin 

yerdәyişmәləri  birbaşa ötürülmür, tәkәrin yola vә kuzova nәzәrәn hәrәkәtinә görә qeyri-asılı asqılar: 

tәkәrlәri hәm eninә vә hәm dә uzununa yerdәyişmә edәn asqılara bölünür.  

Ressor vәrәqlәri arasındakı sürtünmә kuzovun rәqslәrini söndürmәyә dә kömәklik edir vә bәzi 

hallarda asqıda amortizatorsuz keçinmәyә imkan verir. Ressor asqısı sadә konstruksiyaya, lakin böyük 

kütlәyә  malik  olur,  buna  görә  dә  o,  daha  çox  yük  avtomobillәrindә  vә  bәzi  artırılmış  minik 

avtomobillәrindә istifadә edilir.  

Ressor asqılarının kütlәsini azaltmaq vә hәrәkәt sәlisliyini artırmaq üçün bәzәn az vәrәqli vә 

ya  bir  vәrәqli  ressordan  istifadә  edilir.  Vәrәqli  ressorun  әsas  üstünlüyü  asqının  elastik  vә 

istiqamәtlәndirici elementi funksiyasını aparmasıdır.  

  

5.2.2 Tələbələr üçün fəaliyyətlər  

● 

Asqının tiplərinə aid 3 şəkil tapın və onların müqayisəli təqdimatını hazırlayın.  



● 

Müxtəlif konstruksiyalı 3 avtomobil adını nümunə göstərin və asqının növlərinə görə        

üstün cəhətlərinin təqdimatını hazırlayın.  

● 

Asılı və qeyri asılı asqıların maketini hazırlayın.  



  

5.2.3. Qiymətləndirmə  

Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:  




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin