Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
118
Tərbiyə işi bir sıra prinsiplər əsasında həyata keçirilir. Onları aşağıdakı
kimi izah
etmək olar:
Tərbiyədə məqsəd aydınlığı prinsipi
qarşıda duran məqsədə
qəti və fəal surətdə
can atmaqda ifadə olunur. Tərbiyə prosesində məqsəd aydınlığının
gözlənilməsi ictimai
faydalı işləri, sinifdənkənar tədbirləri düzgün və rəngarəng təşkil etmək imkanı yaradır. Bu
prinsip bütün tərbiyə prosesini əsas məqsəd baxımından tənzim etməyi nəzərdə tutur.
Tərbiyəçi öz işində əsas məqsədi həmişə rəhbər tutmalı, onu bir an belə unutmamalıdır.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi
şagirdlərin
cəmiyyətin həyatı ilə dərindən tanış olmasına və onun yenidən qurulmasında
fəal iştirak
etməsinə şərait yaradır. Uşaqların tərbiyəsi yalnız onu həyata hazırlamaq deyil,
həm də
onun həyatının hər anını təşkil etmək, onu faydalı əməyə cəlb etməkdir.
Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə aparıldıqda insan həyatı
dərk edir, ictimai təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli
cəhətdən
ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə
gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyili formalaşır.
Tərbiyənin həyatla əlaqəsində həyatın müsbət nümunələrinə əsaslanmaqla yanaşı,
cəmiyyətdəki neqativ halları
da təhlil etmək, onların səbəblərini açıqlamaq,
bu hallara
obyektiv qiymət vermək lazımdır. Belə olduqda gənclər gözüaçıq böyüyər, həyatdakı
neqativ hallara (rüşvətxorluq, varlanmaq ehtirası, pul düşkünlüyü, laqeydlik, öz mənafeyini
hər şeydən üstün tutmaq və s.) düzgün qiymət verməyi öyrənərlər.Maddi tələbatlarla yox,
mənəvi tələbatlarla yaşamağa üstünlük verərlər, əyri yollarla təmtəraqlı yaşayış tərzi bəzi
gənclərin idealına çevrilməz.
Dostları ilə paylaş: