Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
119
çalışırlar.
Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi
prinsipi
bir neçə istiqamətdə həyata keçirilir məktəb və ailə şagirdə vahid tərbiyəvi təsir
göstərir.
Bu
o deməkdir ki, məktəbin verdiyi tələbləri ailə, ailənin verdiyi tələbləri isə
məktəb yerinə yetirir və tamamlayır. Məktəb müəllimləri
tərbiyədə vahidliyi gözləyir,
ümumi məqsədə xidmət edir. Məktəb rəhbərləri ilə pedaqoji kollektivin üzvləri arasında
vahidlik prinsipi həyata keçirilir. Məktəblə məktəbdənkənar uşaq müəssisələrində tərbiyə
məsələlərində vahidlik əsas götürülür. Şagird şəxsiyyətinin formalaşmasına təsir edən
amillərin vahidliyinin təmin edilməsi tərbiyədə əsas məsələlərdən biridir. Məktəb təlim
-
tərbiyə prosesinə dəqiq nəzarət etdikdə, ailə ilə sıx əlaqə saxladıqda, valideynlərə pedaqoji
məsləhətlər verdikdə tərbiyəvi təsirlərin vahidliyi yerinə yetirilir.
Tərbiyənin vəzifələrini yerinə yetirdikdə müəllim və tərbiyəçidən sistemli iş aparmaq
tələb olunur.
Şagirdlərə verilən tələblər, həyata keçirilən tərbiyəvi tədbirlərə tam uyğun
olmalıdır.Tərbiyədə ardıcıllıq, sistemlilik tərbiyəçilərin, təhsilverənlərin sözü ilə əməli ara
-
sında möhkəm əlaqə olmasına əsaslanır.
Dostları ilə paylaş: