Tərbiyədə kompleks yanaşma prinsipi.
Bu prinsip tərbiyə işinin bütün sahələrini,
müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma
prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir. Pedaqoji proses ideya
-
siyasi,
əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin
ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir
sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.
Tərbiyəyə kompleks yanaşma, habelə bu prosesdə iştirak edən bütün qüvvələri
(müəllim, valideyn, uşaq və onun yoldaşları, ictimai təşkilatlar, şagird kollektivləri və s.)
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
121
əlaqələndirməyi nəzərdə tutur.
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin
əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi.
Bu prinsip pedaqoji nəzarətlə insanın
sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur.
Tərbiyə prinsipləri humanist xarakter daşıyır, yəni onlar birlikdə insan şəxsiyyətinin
inkişafına, nəcibləşməsinə xidmət göstərir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real
şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə
çalışmalıdır. Təlimin üç əsas funksiyasından biri tərbiyəedicilikdir. Funksiyanı yerinə
yetirmək, təlimdə yüksək keyfiyyətə nail olmaq üçün fənn müəllimləri, tərbiyənin prinsip və
metodlarını öyrənməli, onları təlim fəaliyyətində tətbiq etməlidir. Tərbiyə təlim prosesinin
hüdudlarını aşaraq, daha geniş sahəni əhatə edir. Tərbiyə həm dərs prosesində, həm
dərsdənkənar, sinifdənkənar, məktəbdənkənar tədbirlərdə, həm də ailədə həyata keçirilir.
Məktəblilərin tərbiyəsinə, ictimai mühit, mətbuat, radio, televiziya, kino, idman, bədən
tərbiyəsi
və digər tədbirlər güclü təsir göstərir. Uşaq kiçik olduqda onun hisslərini və
davranışlarını möhkəm adət və vərdişlər əsasında formalaşdırmaq imkanları geniş olur. O,
yaşa dolduqca anlayış, baxış və əqidəsi formalaşır. Tərbiyə işində müvəffəqiyyət əldə
etməyin başlıca şərti uşaqların tərbiyəlilik səviyyəsinin, şüurluluğunun, mənəvi
keyfiyyətlərinin nəzərə alınmasıdır. Tərbiyə prosesi müəllimdən həssaslıq, ustalıq,
uşaqların yaş, cins və fərdi xüsusiyyətlərini nəzərə almasını tələb edir. Tərbiyəçinin
məqsədi cəmiyyət tərəfindən müəyyən edilən tərbiyənin mahiyyətini, məzmununu dərk
etməkdir. Müəllim tərbiyə işinin nəticələrini təhlil etməyi bacarmalı, tərbiyənin
prinsiplərini nəzərə almalıdır.
|