Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
43
tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır. Qruplarda işin şagirdlər üçün faydası
aşağıdakılardır:
•
İstedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qabiliyyətlərini
göstərirlər (yeniyetmələr çox vaxt öz qabiliyyətlərini nümayiş etdirməyə çəkinirlər,
yaşıdlarının onları “müəllimin gülməşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);
•
Passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrup
l
a iş onlarda
məsuliyyət hissi doğurur);
•
Şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd
ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər.
Şagirdləri qruplara bölərkən hər birində 4
-
6 nəfərdən çox olmamaqla 4
-
6 qrup
yaradıl
ma
sı müsbət nəticə verir. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri
olan vaxtı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər birinin qrupun işində
fəal idrakını məhdudlaşdırır. Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyənləşdirilir.
Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazım
gəlir. Qrup işində qrupun tərkibi hər
cəhətdən müxtəlif olur. Dostları ayırmaq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına
yol verilmir.
Qrup
ların tərkibinin
tez
-
tez dəyişdirilməsi faydalıdır.
Şagirdlərin daim eyni
tərkibdə işləməsi arzuolunmazdır. Qruplarda bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.
Kiçik qruplarda iş üsulu üzrə dərsi planlaşdırarkən, dərsə hazırlaşarkən şagirdlərin
potensial imkanları nəzərə alınır. Şagirdlərin yiyələnməli olduğu bilik, bacarıq və dəyərlər
əvvəlcədən müəyyən edilir. Dərs üçün paylama materialları, iş vərəqləri hazırlanı
r
, sinif
otağında əvvəlcədən öyrədici mühit təşkil olunur. Tapşırıqlar dəqiqləşdirilir,
şagi
rd
lərin
di
qqəti mövzuya
yönəldilir. Şagirdlərin yaş xüsusiyyətləri, potensial imkanları əsasında
uyğun forma, üsul, vəsaitlər seçilir, öyrədici mühit yaradılır.
Qrupun gördüyü işə dair hesabat forması
olan təqdimat iştirakçılardan biri tərəfindən
həyata keçirilir. Lideri müəllim
və ya qrup üzvləri seçə bilərlər.
Dostları ilə paylaş: