TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə67/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   63   64   65   66   67   68   69   70   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
70 
yazılmış xana çevrilir. O biri üzündəki şəklə uyğun olaraq şagird məlumat verir. Əgər şagird 
tam və düzgün cavab
verərsə, digər nömrənin çevirməsi təklif olunur, xallarını artırır. Üç 
dəfə nömrə söyləmək mümkündür. Əgər söz və ya şəkil haqqında heç nə deyə bilmirsə
onda digər şagird cavab verir, onu əvəz edir, nömrənin açılması da həmin şagirdə həvalə 
olunur.
Dərslərdə tapmacaların qurulması üçün təsvir, inkar (elədir, lakin o deyil), metafora, 
sadə müqayisə, həmişə nə iləsə (əlaqələndirici ilə) fərqləndirmək kimi 4 üsuldan istifadə 
edilir. Tapmacanın tərkib hissələrinə əşyanın təsviri, sirli və ya proza ilə ifadə edilməsi, 
cavabların düşünülməsi aiddir. 
İbtidai sinif fənlərinin tədrisində tapmacalardan istifadə edilməsi şagirdləri 
hazırcavablığa hazırlayır, onların intellekt səviyyəsini yüksəldir, məntiqi təfəkkürünü 
inkişaf etdirir. Ona görə də müəllim dərsin müxtəlif mərhələlərində mövzuya uyğun 
tapmacalardan istifadə edir. Bəzən də mövzunun imkanlarını nəzərə alaraq dərs
-
yarış və ya 
dərs
-
tapmaca formalarını tətbiq edir.
İbtidai siniflərdə fənlərin tədrisində yarış oyunlar texnikasından da istifadə edilməsi 
dərslərin keyfiyyətini yüksəldir. Bunun üçün aşağıdakı nümunələrdən istifadə edilməsi 
məsləhətdir.
«Kim daha çox?» texnikasında məqsədlərdən biri obyektlərin xüsusiyyətləri haqqında 
olan bilikləri aktuallaşdırmaqdır. Buraya obyektin mümkün qədər çoxlu sayda əlamətlərini 
xüsusiyyətlərini qeyd etmək daxildir. Tapşırıq şifahi və ya yazılı yerinə yetirilə bilər. Burada 
hamıya eyni tapşırıq verilir. Daha çox əlaməti qeyd edən şagird qalib sayılır.
“Kim daha cəld?” texnikası təfəkkürün çevikliyini formalaşdırır. Bunun tətbiqi üçün bir 
neçə növdə tapşırıqlar verilir.
1
-
ci tapşırıq.
Qrup şagirdləri dairəvi otururlar. Müəllimin əlində top olur. O, şagirdləri 
təlimatlandırır. Təsəvvür edin ki, bu (müəllim topu göstərir)portağaldır.
İndi biz onu bir
-
birimizə ataraq onun əlamətlərini deməliyik. Çalışın, əşyanın söylənilən xüsusiyyətləri 
təkrarlanmasın və hamı oyunda iştirak etsin. Müəllim təsəvvür olunan portağalın hər hansı 
bir xüsusiyyətini söyləyərək, misal üçün «şirin» 
– 
deyib, fəaliyyətə başlayır. Tapşırığı yerinə 
yetirən zaman müəllim şagirdləri daha cəld işləməyə təhrik edir, onları fəallaşdırır.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin