2
-
ci tapşırıq.
Qrup şagirdləri dairəvi otururlar. Müəllim qeyd edir ki, əlindəki topu
bir-
birimizə ataraq hər hansı bir rəngi, topu tutduqda isə bu rəngdə olan obyekti deməliyik.
Söylənilən rəng və obyektlər təkrarlanmamalıdır. Oyunda bütün şagidlərə iştirak etmək
imkanı verilir.
3
-
cü tapşırıq.
Qrup şagirdləri dairəvi otururlar. Müəllim qeyd edir ki, əlindəki topu
bir-
birimizə atmalıyıq. Topu atan üç sözdən birini deyir: «Hava», «yer» və ya «su». Əgər
«hava» sözü deyilirsə, topu tutan şəxs quş adı, ikinci halda («yer») məməli heyvan, «su»
dedikdə isə balıq adı deyir. Cavabı mümkün qədər tez vermək lazımdır.
Oyun texnikalarının səmərəli tətbiqi üçün bir sıra tövsiyələr verilir:
1.
Oyun texnikalarının ona böyük ehtiyac olan yerdə keçirilməsi məqsədəuyğundur;
2.
Oyunun hazırlanmasına sistemli yanaşmaq çox faydalıdır;
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
71
3.
Oyun texnikalarının iştirakçılarının fənn və sosial kompetensiyallığı nəzərə alınır;
4.
Oyun texnikalarının struktur komponentlərində maraqlı situasiyaların təşkili
vacibdir;
5.
Oyunun özünü nizamlama prinsiplərinə əsaslanması məqsədəuyğundur;
6.
Şagirdlərin iş rejimi oyun prosesində standart təlim forması çərçivəsinə sığmır. Ona
görə onların modelləşdirilən istehsalat prosesinin məntiqinə tabe edilməsi müsbət
nəticələnir.
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
72
T
ələbələr üçün fəaliyyətlər
1.
Oyun texnikalarının dərslərdə tətbiqi əhəmiyyətini izah edin.
2.
Oyun texnikalarının təlim
-
tərbiyə məqsədlərini modelləşdirin.
3.
Oyun texnikalarını sxemlə ümumiləşdirin.
4.
Oyun texnikalarının tətbiqi imkanlarını qeyd edin.
5.
Oyun texnikaların dərslərdə tətbiqi yollarını ümumiləşdirin.
6.
Bir oyun texnikasından istifadə edərək dərs nümunəsini hazırlayın və nümayiş etdirin.
|