TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə82/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   78   79   80   81   82   83   84   85   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
90 
ə
h
əmiyyətlidir:

Tarix
-
diyarşünaslıq;

Müharibə və sülh;

Şəhidlər;

Məktəbin tarixi;

Azərbaycanın görkəmli ictimai və elm xadimləri;

Azərbaycanın ekologiyası və s. 
İbtidai siniflərdə təşkil edilən “Debat
-
oyun”, “Debat
-
nağıl” məşğələləri də maraqlı 
sinifdənkənar məşğələlərdir. “Debat” proqramını, bir metodologiya kimi də 
qiymətləndirmək olar, çünki o, kompleks və sistemli təlim metodları toplusuna və onlardan 
istifadə yollarına malikdir. “Debat” həm də forma və məzmun baxımından maraqlı formatı, 
qaydaları, prinsipləri, reqlamenti olan intellektual bir oyundur.
Uşaqların kiçik məktəb yaşı dövrü bir neçə xüsusiyyətə malikdir, onlardan ən əsası 
oynamaq arzusu və «rollu oyun» vasitəsilə öyrənmək istəyidir. Uşaqların bu arzusunu 
məktəbdə debat
-
oyun keçirməklə reallaşdırmaq mümkündür. Bu məşğələdə təlim uşaqların 
hərəkət etmək, oynamaq («modelləşdirmək» deməkdir) kimi arzularının əsasında qurulur. 
Beləliklə, onlar müxtəlif həyati situasiyaları modelləşdirərək maksimal şəkildə reallığa 
«yaxınlaşırlar». Məqsəd uşaqlar üçün elə mehriban və işgüzar atmosfer (iqlim, ab
-ha
va) 
yaratmaqdır ki, hər biri özünü psixoloji cəhətdən rahat hiss etsin və digərlərinin dəyərini, 
özünəməxsusluğunu, təkrarsız olduqlarını dərk etsin.
Təbii ki, uşaqların bu yolda ilk 
addımları «qəribə» və «nöqsanlı» da ola bilər. Tədricən onlar dünyanı daha geniş anlamağa 
başlayacaqlar və tək öz oxuduqları siniflərin problemləri ilə kifayətlənməyəcəklər. 
Dərslərdə müşayiət olunan son dərəcə açıq (şəffaf) və mehriban ab
-
hava uşaqlara ailədə, 
həyətdə, sinifdə, məktəbdə olan, gələcək yetkin həyatlarında rast
gələ biləcək arzuolunmaz 
davranış stereotiplərindən azad olmağa kömək edir. Debat
-
nağıl məşğələsi təlimin sosial
-
əxlaqi (mənəvi) yönümü sosial əhəmiyyətli və vətəndaşlıq (“icma”, “cəmiyyət”) baxımından 
dəyərli anlayışların öyrənilməsini nəzərdə tutur. Belə müasir sinifdənkənar tədbirlərə 
asudə vaxtlarda geniş yer verilməsi məsləhətdir. 
Sinifdənkənar tədbirlərin biri olan dərs
-
ekskursiyalar təlimin elə təşkil formasıdır ki, 
o, şagirdləri müxtəlif obyektlərlə tanış edir, onlarda müşahidəçilik qabiliyyətinin inkişafına, 
təkmilləşməsinə xidmət göstərir. Sinfə və ya məktəbə gətirilməsi mümkün olmayan 
obyektlərlə şagirdləri ətraflı və dərindən tanış etmək məqsədilə təşkil edilən təlim 
formasına ekskursiya deyilir. Ekskursiya dərslərində bir neçə zəruri didaktik
vəzifələr 
yerinə yetirilir:

Təlimin əyanilik prinsipi reallaşdırılır;

Elmi həqiqətə inam artır və onun həyatla, təcrübə ilə əlaqəsi möhkəmlənir;

Şagirdlərin texnoloji görüş dairəsini genişləndirir, onları real istehsalatla tanış edir, 
biliklərinin sənaye və kənd təsərrüfatı istehsalatına tətbiq olunmasına şərait 
yaradır;

Məktəbdə peşə seçmədə mühüm rol oynayır.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin