TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə106/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   102   103   104   105   106   107   108   109   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Tərbiyədə yaşa uyğunluq prinsipi.
Bu pri
nsip tərbiyə işində insanın yaş 
xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. Müxtəlif yaş dövrlərinə mənsub olan uşaqlar 
bir-
birindən əsaslı şəkildə fərqlənirlər. Kiçik məktəbli ilə yeniyetmənin adamlara, həyata 
münasibəti, tələbat və maraqları eyni deyildir. Bu hal müxtəlif yaş dövrlərində insanın 
müxtəlif tərzdə yanaşmağın vacibliyini göstərir.
Yaşa uyğunluq prinsipinin tətbiqi bəzi qaydalara əsaslanır:

Tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları 
düzgün nəzərə alınmalıdır;

Yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir. Yeniyetmə və 
gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla 
ünsiyyətdə xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.
Hörmət və tələbkarlığın vəhdəti prinsipi
tərbiyə sistemində humanizm ideyalarına, 
şagird şəxsiyyətinə hörmət etmək deməkdir. İnsan şəxsiyyətinə hörmət və tələbkarlığı 
təmin etmək, insanda olan müsbət keyfiyyətlərə istinad edib, onun xarakterindəki 
nöqsanları aradan qaldırmaq, fərdi xüsusiyyətləri nəzərə almaq zəruridir. Şagirdlərin 
şəxsiyyətinə toxunmaq, onların ləyaqətinin alçaldılmasına yol vermək bağışlanmazdır. 
Müəllimin uşaq şəxsiyyətinə hörməti, qayğısı tərbiyəvi təsirlərin səmərəsini artırır. Müəllim 
şagirdlərin gücünə inandıqda
onlar daha səylə işləməyə, onun etimadını doğrultmağa 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
119 
çalışırlar. 
Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi 
prinsipi 
bir neçə istiqamətdə həyata keçirilir məktəb və ailə şagirdə vahid tərbiyəvi təsir 
göstərir.
Bu o deməkdir ki, məktəbin verdiyi tələbləri ailə, ailənin verdiyi tələbləri isə 
məktəb yerinə yetirir və tamamlayır. Məktəb müəllimləri tərbiyədə vahidliyi gözləyir
ümumi məqsədə xidmət edir. Məktəb rəhbərləri ilə pedaqoji kollektivin üzvləri arasında
vahidlik prinsipi həyata keçirilir. Məktəblə məktəbdənkənar uşaq müəssisələrində tərbiyə 
məsələlərində vahidlik əsas götürülür. Şagird şəxsiyyətinin formalaşmasına təsir edən 
amillərin vahidliyinin təmin edilməsi tərbiyədə əsas məsələlərdən biridir. Məktəb təlim
-
tərbiyə prosesinə dəqiq nəzarət etdikdə, ailə ilə sıx əlaqə saxladıqda, valideynlərə pedaqoji 
məsləhətlər verdikdə tərbiyəvi təsirlərin vahidliyi yerinə yetirilir.
Tərbiyənin vəzifələrini yerinə yetirdikdə müəllim və tərbiyəçidən sistemli iş aparmaq 
tələb olunur. Şagirdlərə verilən tələblər, həyata keçirilən tərbiyəvi tədbirlərə tam uyğun 
olmalıdır.Tərbiyədə ardıcıllıq, sistemlilik tərbiyəçilərin, təhsilverənlərin sözü ilə əməli ara
-
sında möhkəm əlaqə olmasına əsaslanır.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin