TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə112/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   108   109   110   111   112   113   114   115   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
125 
Böyüklərə ehtiram etməyin vasitə və yolları çoxdur. Palto və plaşlarını geyməkdə, 
əllərindəki ağır əşyaları götürməklə onlara kömək etmək əsil mədəni davranışdır. 
Böyüklərə qulluq edərkən xahiş gözlənilmir. Bu sahədə hər bir insan diqqətli və 
təşəbbüskar olmalıdır.
Məktəbin həyətində rastlaşdığımız müəllimlərə, xidməti işçilərə, məktəb yoldaşlarına 
salam verilməsi zəruridir. Sinfə daxil olarkən hər şagirdin öz yerində əyləşməsi, üst
-
başını 
qaydaya salması, müəllimin gəlməsini gözləməsi mədəni davranışdır. Təsadüfən dərsə 
gecikdikdə, müəllimdən icazə almaqla sinfə daxil olmaq lazımdır. Gecikməyin səbəbinin 
nəzakətlə ona bildirilməsi yaxşı haldır.
Qonaq getmək, qonaq qəbul etmək ünsiyyətin, insan həyatının yaddaqalan anlarıdır. 
Buna görə də qonaqlıqda davranış mədəniyyəti ilə bağlı bir sıra cəhətlər gözlənilməlidir. 
Qonaq gedərkən xoş ovqat yaradan vasitələrdən biri səliqəli geyinmək, səliqəli görkəmdə 
olmaqdır. Bəzək və zinət əşyalarına həddən artıq aludə olmağın faydası yoxdur. Məktəblinin 
gözəlliyi elə onun sadə görkəmidir. Qonaq gedərkən oradakı adamların hər biri ilə ayrılıqda 
görüşməyə ehtiyac yoxdur. İçəri daxil olarkən təbəssümlə, şən əhvalla hamını sözlə 
salamlamaq kifayət edir. Qonaqlığın, şənlik məclisinin nə məqsədlə təşkil olduğunu bilərək 
səbəbkarı səmimi qəlbdən təbrik etmək, ona ən xoş arzularını bildirməklə hədiyyə təqdim 
edilir. Yeməyə dəvət olunarkən bir sıra cəhətləri yadda saxlamaq vacibdir: qaşıqdan, 
çəngəldən və bıçaqdan düzgün istifadə edilir. Ət tikələrini xırda hissələrə bölmək üçün 
bıçaqdan istifadə edərkən o sağ əldə, çəngəl isə sol əldə tutulur. Ağızda yemək olarkən 
danışmaq məsləhət deyildir. İsti xörəyin soyumasını gözləmək, qaşıq və çəngəlin boşqabın 
dibinə dəyməsinə yol verməmək mədəni davranışa aiddir.
İnsanların ən çox olduqları ictimai məkanlara kinoteatr, konsert salonları, 
kitabxanalar, mədəniyyət və istirahət parkları, mərasimlər və başqaları aiddir. Konsert 
salonunda papaqla, kino
-
teatrda, məclislərdə plaş, palto ilə oturmaq məsləhət görülmür. 
Konsert və ya tamaşa zamanı tum çırtlamaq, dondurma yemək, film, tamaşa, konsert başa 
çatmamış salonu tərk etmək yaxşı hal deyil, mədəni davranışa ziddir. Kitabxanalarda, qiraət 
salonlarında, muzeylərdə olarkən sakitliyi gözləmək, digər insanların rahatlığını pozmamaq 
mədəni davranış hesab olunur. İctimai yerlərdə davranış mədəniyyəti nümayiş etdirmək 
böyük məharət, qabiliyyət tələb edir.
Səliqəli, təmiz görünüş ən yüksək insani keyfiyyətlərdəndir. Səliqəli insan geyiminə, 
hər işin yerli
-
yerində olmasına xüsusi fikir verir. Bunun üçün səhərlər vaxtında yataqdan 
qalxmaq, evi təmizləmək, otağın havasını dəyişdirmək, səhər idmanı etmək, yuyunmaq, 
səhər yeməyi qəbul edərək işə başlamaq və ya dərsə getmək lazımdır. Kitabları, dəftərləri 
və digər məktəbli ləvazimatlarını səliqəli saxlamaq, evdə, məktəbdə, ictimai yerlərdə 
səliqəliliyi gözləmək, mədəni davranış nümayiş etdirmək hər bir məktəblinin əsas 
vəzifəsidir.
Ev, məktəb, məclis paltarları təmiz, səliqəli saxlanmalıdır. Məktəbdən, gəzintidən, 
şənlikdən evə qayıtdıqda paltarlar təmizlənib yerindən asılmalıdır. Paltarı asılqana 
qoyarkən diqqət edilməlidir. Ola bilsin ki, paltarın hər hansı bir yeri sökülüb, yaxud ləkə 
düşüb. Onu qaydaya salıb, sonra yerinə yerləşdirmək vacibdir. Bütün bu işlər məktəblilərə 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin