TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


İctimai yerlərin davranış qaydaları



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə115/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   111   112   113   114   115   116   117   118   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

İctimai yerlərin davranış qaydaları.
İctimai yerlərə məktəb, sinif, həyət, küçə, park, 
muzey, teatr, nəqliyyat, qonaqlıq, məclis, bayram şənlikləri və başqaları aiddir. 
İcitmai yerlər müxtəlif məkanlardan təşkil olunduğu üçün onların hər birində 
müəyyən davranış qaydaları mövcuddur. Hamı yaşından, cinsindən, milliyyətindən asılı 
olmayaraq bu qaydalara əməl etməlidir. Həmin qaydalar məkanlar üzrə qruplaşdırılmışdır:
İctimai yerlərdə ümumi davranış qaydalarına aiddir: İctimai yerlərdə vulqar 
sözlərdən, yüksək səs tonundan istifadə edilmir; Küçə və parklarda zibil, siqaret kötüyü 
yerə deyil, zibil qutusuna atılır; Ədəb
-
ərkan qaydalarına riayət edilir, geyim mədəniyyətinə 
əməl olunur; Nəqliyyatda yaşlılara, ümumilikdə bütün insanlara hörmətlə yanaşılır; 
Parklarda, bağlarda bitkilərə xətər yetirilmir; İnsanlar içərisində yerə tüpürmək 
mədəniyyətsiz hərəkətdir; Böyüklər qarşısında əlini çənənin altına, başını qolun üstünə 
qoyub danışmaq ədəbsiz hərəkət hesab olunur.

Lazım gələndə susmağı bacarmaq, başqasının sözünü kəsməmək nəzakətlilikdir.

Bərkdən yersiz gülmək yaxşı qarşılanmır.


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
128 

Kollektivlə yemək yeyərkən yoldaşa gözünüzü dikmək, yaxşı hal deyildir.
Teatrda davranış qaydaları aşağıdakı kimi ümumiləşdirilir:

Kassada növbə gözlənilir;

Tamaşaya gecikmək pis qarşılanır;

Üst geyimləri qarderoba verilir;

Müvafiq yerlərə (biletdə göstərilən) əyləşmək vacibdir;

Qaydalara riayət edilir;

Əxlaqi qaydalara əməl edilir;

Aktyorlara replika atmaq mədəniyətdən kənar hesab edilir;

Tamaşa gedən zaman salon tərk edilmir;

Salonda qida qəbul etmək mədəniyyətsizlikdir.

Bufetdən antrakt zamanı istifadə edilir;

Zəng çalınanda zala gəlib, yerində əyləşmək lazımdır;

Tamaşa gedən zaman yanındakı adamla söhbət etmək yaxşı qəbul edilmir;

Zalın təmizliyinə diqqət edilir.
Bu və digər qaydalara əməl edilməsi insanlarda xoş əhval
-
ruhiyyə yaradır, sağlamlığı 
təmin edir. İnsanların əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Bu zaman hansı 
qaydalar gözlənilməlidir?
İctimai nəqliyyatda qaydalar ikitərəfli olur. Onlardan biri sürücüyə, digəri sərnişinlərə 
aiddir. Onları aşağıdakı kimi konkretləşdirmək olar.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin