Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 131
uşağı xüsusi təşkil edilmiş
tərbiyəedici situasiyaya salınması lazım gəlir.
3.
İnsanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu
ilə düzgün davranış təcrübəsini formalaşdırmaq üçün ona müxtəlif tələblər verilir.
Tələb iki formada verilir: birbaşa və dolayı
yolla. Birbaşa tələb əmr, tapşırıq, sərəncam
şəklində, dolayı yolla tələb isə xahiş, məsləhət, eyham, yumor, zarafat, lətifə, atalar
sözlərindən istifadə etməklə verilir. Tərbiyəçi yerinə görə hər iki formadan istifadə edir.
4.
Tələbin kollektiv forması ictimai rəy olub, müəyyən şəxs və hərəkətlə bağlı
kollektivin ümumi rəyini, qiymətini ifadə edir.
5.
Təmrin (məşq) hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət
davranış adətləri yaratmaq mümkündür. Təmrin iki mənada başa düşülür. Geniş
mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi
nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib
vərdişə çevirmək kimi başa düşülür.
6.
Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın
günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış
adətləri daha tez və asanlıqla yaranır.
Yarış insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar
sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Yarış müxtəlif
sahələr üzrə təşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otaqlarında
təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir.
Rəğbətləndirmə uşağın davranışı və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha
yüksək hərəkətlərə həvəsləndirir. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və
nüfuzunu artırır. Rəğbətləndirməyə kiçik məktəblilər və yeniyetmələr daha həssasdırlar.
Buna görə də bu yaşlarda rəğbətləndirməyə çox yer vermək lazımdır.
Cəza insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən
çəkindirmək məqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı
iztirab, utancaqlıq hissləri yaradır. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin
digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə
çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı
töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə
getməkdən, oyundan və s.) məhrum etmək, sinfi, yaxud məktəbi dəyişmək, məktəbdən xaric
etmək və s.
Cəza və tərifləmədən düzgün istifadə etmədikdə tərbiyə işinə və davranışa ziyan vura
bilər. Odur ki, rəğbətləndirdikdə və cəza verdikdə bir sıra şərtlərə əməl olunmalıdır:
Cəza və tərifləmə:
•
Ədalətli (uşağın hərəkətinə uyğun) olmalı;
•
Müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);
•
Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı;
•
Kollektivin rəyi ilə hesablaşmalı;