Ədəb qaydaları
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
134
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“İctimai yerlərdə davranış qaydalarını izah edir”.
1.
Mədəni davranışın mahiyyətini izah edin.
2.
Mədəni davranış nümayiş etdirməməyin səbəblərini göstərin.
3.
İnsanlarla ünsiyyət qaydalarını sxemlə ümumiləşdirin.
4.
Telefonla mədəni danışığa dair dialoq qurun.
5.
İctimai yerlərdə mədəni davranış qaydalarını zəncirin halqalarında verin.
6.
İctimai nəqliyyatda davranış qaydalarını pozan şagirdə hansı məsləhətlərinizi
verərsiniz?
7.
Nəzakətli davranış insan sağlamlığına necə təsir göstərir?
8.
Mədəni davranışları şagirdlərə hansı yollarla ötürərsiniz?
Ünsiyyət qaydaları
TƏLİM NƏTİCƏSİ
3
QİYMƏTLƏNDİRMƏ
PROSESİNİ HƏYATA
KEÇİRMƏK
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
136
3.1. Müasir məktəbdaxili qiymətləndirmənin forma və vasitələrini izah edir
3.1.1. Məktəbdaxili qiymətləndirmənin formaları
Qiymətləndirmə
-
öyrənənlərin təlim və idrak fəaliyyətinin müşahidəsidir. Proses
çərçivəsində təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün şagird haqqında məlumatın təsviri,
toplanması, qeydiyyatı və şərh edilməsi həyata keçirilir.
Qiymətləndirmə müxtəlif məqsədlərlə aparılır. Onun məqsədlərini aşağıdakı kimi
ümumiləş
dir
mək olar:
•
Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi;
•
Biliklərin əldə edilməsində yeni məqsədlərin planlaşdırılması;
•
Şagirdlərin idrak motivasiyasının qiymətləndirilməsi;
•
Şagird fəaliyyətinin fasiləsiz stimullaşdırılması;
•
Biliklərin keyfiyyətinin artırılması;
•
Şagirdlərin irəliləyişlərinin izlənilməsi;
•
Qiymətləndirmə meyarların təkmilləşdirilməsi;
•
Tələbatların müəyyənləşdirilməsi;
•
Şagirdlərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi;
•
Təlim prosesində müvafiq qərarların qəbul edilməsi;
•
Kurikulumun qiymətləndirilməsi;
•
Mənimsəmə istiqamətində hədəflərin təyin edilməsi və s.
Qiymət
–
rəmzdir, şagirdlərin təlim nəticələrinin müəyyən vasitə ilə (rəqəm, hərf və s.)
qiymətləndirilməsinin şərti, formal kəmiyyət ifadəsidir.
Qiymətvermə
-
şagirdin təlim fəaliyyətinin təlimin məqsədlərinə müvafiqliyinin
kəmiyyət və keyfiyyət göstəricisinin formalaşdırılması prosesidir. Qiymətvermə
müvafiqliyin kəmiyyət və keyfiyyət göstəricisi əsasında təlimdə əks
-
əlaqənin
mümkünlüyünü şərtləndirir.
Qiymətləndirmə forması onun keçirilmə mexanizmidir. Belə ki, fərdi qiymətləndirmə,
kiçik summativ qiymətləndirmə sinifdaxili, böyük summativ qiymətləndirmə məktəbdaxili
formada təşkil edilir. Məktəbdaxili qiymətləndirmə formasına böyük summativ
qiymətləndirmə aiddir. Diaqnostik, formativ, kiçik summativ qiymətləndirmələr sinifdaxili
formada aparılır.
Qiymətləndirmənin üsul və vasitələrinin də aydınlaşdırılması lazım gəlir.
Qiymətləndirmə üsulu prosesin həyata keçirilməsi üsulunu əks etdirir. Qiymətləndirmə
üsuluna yazı, oxu, təcrübə, müsahibə, müşahidə, layihə, test, təqdimat, sorğu, yaradıcı işlər,
tapşırıqvermə və başqaları aiddir. Qiymətləndirmə vasitələrinə onun üsulunu həyata
keçirməsində istifadə olunan alətlər: test, inşa, imla, hekayə, mətn, misal, məsələ, müxtəlif
növlü tapşırıqlar, suallar, anketlər və başqaları aid edilir.
|