Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 160
Qiymətləndirmə Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Formativ qiymətləndirməni qaydalara müvafiq tətbiq edir”. 1.
Formativ qiymətləndirmədə sagirdin məntiqi və yaradıcı təfəkkürünün inkişafı
baxımından vasitələri sıralayın: test, boşluqlara söz yazmaq, açıq sual, cümlə və ya şəkil,
sxem tamamlamaları, düz cavabların seçilməsi, cümlə qurulması, hekayə, dialoq, esse
yazılması, təqdimat aparılması, təcrübə nümayişi, misal, məsələ həlli.
2.
Formativ qiymətləndirmədə meyarın çıxarılması mexanizmini izah edin.
3.
Formativ qiymətləndirmədə müəllimin həll etdiyi problemləri modelləşdirin.
4.
Formativ qiymətləndirmənin müəllim və şagird üçün əhəmiyyətini göstərin.
5.
Formativ qiymətləndirmədə müəllim qarşısına hansı çətinliklər çıxa bilər?
6.
2-
ci sinif Ana dilindən “2.1.3. Öyrəndiyi yeni sözlərin mənasını izah edir” alt
-
standartından meyar çıxarın, 4 səviyyəli rubriklər hazırlayın.
7.
Qrup işinin qiymətləndirilməsi üçün meyarları müəyyən edin və meyar cədvəlini
işləyin:
Meyarlar
Qruplar
8.
Formativ qiymətləndirmədə testlərin hazırlanması və tətbiqi qaydalarını sxemlə
ümumiləşdirin:
Hazırlanması qaydaları
Tətbiqi qaydaları
Testlər
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 161
9.
Qrup işinin formativ qiymətləndirmə qrafikini qurun.
10.
4-
cü sinif “Həyat bilgisi” fənnindən “Dövlət büdcəsi” mövzusu üzrə formativ
qiymətləndirməni aparın (Alt
-
standart 2.2.1. “Vergi və “Dövlət büdcəsi” anlayışlarını
sadə şəkildə izah edir).