Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
40
1.3.
T
əlim prosesində müxtəlif forma, üsul və vasitələrdən istifadə edir
Ümumtəhsil məktəblərində təlimin səmərəli təşkilində müxtəlif forma,
üsul və
vasitələrdən istifadə edilir. İbtidai sinif müəllimi təlimin forma, üsul və vasitələrindən
səmərəli istifadə etmək üçün qarşısındakı şagirdlərin potensial imkanlarını nəzərə almalı,
onların fiziki, psixoloji inkişafı ilə tanış olmalıdır.
Müəllim şagirdlərin idrak səviyyəsini diaqnostik
qiymətləndirmənin üsul və
vasitələrindən istifadə etməklə öyrənir.
Şagirdlər potensial imkanlarına görə fərqlənirlər. Onlar bilikləri öyrənmə tərzlərinə
görə əyani, eşidərək və kinestetik öyrənənlər qruplarına bölünürlər.
İnsanlar müxtəlif öyrənmə tərzlərindən birinə və ya bir neçəsinə malik olurlar.
İnsanlarda üstünlük təşkil edən öyrənmə tərzi təlimdə əsas götürülür. Təlimin metod, forma
və vasitələrini seçərkən, dərsdə tətbiq edərkən uşaqların
öyrənmə tərzləri nəzərə
alınmalıdır:
•
Əyani (vizual) öyrənənlər bu xüsusiyyətlərə malikdir: sürətlə danışır, səbirsiz
olurlar, başqalarının sözünü kəsirlər, əyani mənzərələr
yaradan sözlərdən və
ifadələrdən istifadə edirlər, bilikləri görməklə və əyaniləşdirməklə öyrənirlər.
Əyani
öyrənənlərə kitablardan istifadə etməklə dərs keçilməsi, rəngli qələmlərdən istifadə
edilməsi, sakitliyin qorunması lazım gəlir. Onlara məlumatı təsvir etməyin
öyrədilməsi, siyahılar və diaqramlardan istifadə edilməsi zəruri sayılır. Əyani
öyrənənlər üçün yaddaş kartlarının hazırlanması, rəngli
qələmlərdən və müxtəlif
yazı tərzlərindən istifadə edilməsi, fotoşəkillər və ya diaqramların tətbiqi müsbət
nəticə verir;
•
Eşidərək öyrənənlər
üçün fəaliyyətlərə mühazirələr, şifahi təqdimat, eşitmə
materialları, oxumaq, yadda saxlamaq, səs yazısı dərsi, çalışmaların tətbiqi müsbət
nəticə verir;
•
Kinestetik öyrənənlərə müəyyən fəaliyyəti
göstərməklə dərs keçilməsi, dərslərin
qısa edilməsi, bölmələrin arasında
kiçik tənəffüslər verilməsi, oyunların təşkili,
yaddaş kartlarının hazırlanması və tətbiqi yaxşı nəticə verir. Kinestetik öyrənənlər
üçün ədəbiyyat, maket düzəltmək, lüğət yazısı, topu tutaraq dərsi təkrarlamaq kimi
fəaliyyətlərə ehtiyac böyükdür.
Dostları ilə paylaş: