TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə44/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   40   41   42   43   44   45   46   47   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Böyük qrupla və kollektivlə iş:
böyük qrup 7 və daha çox şagirdin iştirak etməsi şərt 
olmaqla sinifdə mövcud şagirdlərin 2 və daha artıq qrupa bölünməsindən alınır. Əsas 
etibarilə bölünməmiş sinif də böyük qrupa daxildir. Ancaq daha rahat ifadəni təmin etmək 
üçün bölünməmiş sinif kollektivlə iş də adlandırılır. Böyük qrupla işləmək kollektiv 
fəaliyyətə alışmaq bacarığının bünövrəsini qoyur, şagirdlərdə ünsiyyət yaratma bacarığının 
inkişafını təmin edir. Eynilə kiçik qruplarla işdəki kimi tapşırıqlar dəqiqləşdirilir,
şagi
r
dlərin 
di
qqəti mövzuya yönəldilir. Şagirdlərin yaş xüsusiyyətlərinə potensial imkanlarına, maraq 
və meyillərinə uyğun forma, üsul, vəsaitlər seçilir. Qrupun gördüyü işə dair hesabat forması
olan təqdimat iştirakçılardan biri tərəfindən həyata keçirilir. Lideri müəllim və ya qrup 
üzvləri seçə bilərlər.
1.3.3. 
T
əlim vasitələri
 

lim vasit
ə
l
əri anlayışı didaktikada müə
llim v
ə
şagird fəaliyyətinin 
komponentlərindən biri kimi işlədilir. Tə
lim vasit
ə
l
ə
ri 
şagirdlərin əqli inkişafına deyil, 
bilavasit
ə
idrak fəaliyyəti prosesinə
d
ə
əsaslı tə
sir göst
ərir.

lim vasit
ə
l
əri biliklərin 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
44 
m
ənimsənilməsini asanlaşdırır, ictimai praktika, elmi və
texniki məlumatları 
möhkə
ml
əndirir və
maddil
əşdirir.
Təlimin səmərəli təşkilində təlim vasitələrinin, xüsusən, texniki vasitələrin tətbiqi 
mühüm əhəmiyyət kəsb edir. Təlim vasitələrini üç qrupa bölmək olar:
1.
Tədris
-
əyani vasitələr; 
2.
Tədris avadanlıqları; 
3.
Təlimin texniki vasitələri.

dris-
əyani vasitə
l
ə

təlimdə əyaniliyin ifadəsi kimi geniş tətbiq olunur. Belə 
vəsaitlərə şəkil, cədvəl, sxem, diaqram və xəritələr, didaktik materiallar 

paylama 
materialları, fərdi tapşırıq vərəqləri (kartlar), dərsliklər, dərs vəsaitləri (müntəxəbatlar, 
çalışma kitabları, lüğət və məlumat kitabları, atlaslar və s.) daxildir.
Tədris avadanlıqlarına
müxtəlif cihaz və qurğular, alət və dəzgahlar aid edilir.
Təlimin texniki vasitə
l
ərinə
İnformatika Kommunikasiya Texnologiyaları, slaydlar, 
audiovizual vasitələr, maşın, cihaz və qurğular aiddir. 
Əyani vəsaitləri üç qrupda təsnif edirlər:
1.
Həcmli vəsaitlər (model, kolleksiya, cihazlar, aparatlar və s.);
2.
Çap vəsaitləri (şəkillər, plakatlar, portretlər, qrafiklər, cədvəllər və s.);
3.
Proyeksiya materialları (kinofilmlər, videofilmlər, slaydlar və
s.)

limd
ə
kolleksiya və
modellər mühüm rol oynayır. Məktə

kolleksiyası deyərkən 
t
ə
dris 
əşyalarının müəyyən ə
lam
ə
tl
ə
r
ə
gör
ə
toplanması nə
z
ə
rd
ə
tutulur. Belə
materiallar 
müxtəlif fənlər üzrə
olub, yeni
materialların
öyrənilməsinə
v
ə
ya
m
ənimsənilmiş 
bili
klərin 
t
əkrarına xidmə

edir.
Canlı və
cansız tə
bi
ə
t
ə, texnologiyaya, riyaziyyata, musiqi və
s. dair
kolleksiyalar geniş yayılmışdır. Tə
dris m
əqsə
di il
ə
bir 
çox kolleksiyaları şagirdlə

müə
lliml
ə
ri il
ə
birlikdə
hazırlayırlar.
Təlim
vasitələri əyaniliyi qüvvətləndirir, şagirdlərin diqqət və fəallığını artırır, təlimin 
emosional təsirini və fənnə marağı gücləndirir. Müəllim təlim vasitələrindən yerində 
düzgün istifadə etməklə təlimin səmərə və keyfiyyətini yüksəldir.
Təlim vasitələri
hər bir şagirdin fərdi imkanlarını aşkara çıxarır, müəllimə onların 
şəxsi nailiyyətlərini izləmək şəraitini yaradır, mövzunun mənimsənilməsində boşluqları üzə 
çıxarır, təlimdə diferensiallaşmanı təmin edir, şagirdlərdə özünüqiymətləndirmə bacarığını 
formalaşdırır, müstəqil fəaliyyətin təşkilinə əlverişli şərait yaradır, şagirdləri fəallaşdırır, 
əks əlaqəni labüdləşdirir, təlim prosesində inkişaf dinamikasını tənzimləmək imkanı verir.
Resurslar fənn, mövzu, məqsəd, müəllimin bacarıqları, avadanlıq və
t
əhsilalanların 
xüsusiyyə
t
ərinə
gör
ə
d
əyişir. Təlim resurslarının tətbiqi duyğu orqanları ilə
sıx əlaqəlidir. 
Sinif otağında daha çox istifadə olunan resurslara silinən lövhələr, flip
-
çart, interaktiv 
lövhələr, Power Point, Prezi proqramlarında təqdimatlar, paylama materialları, oyunlar, 
modellər, DVD, kameralar, multimedia vasitələri, bloqlar, forumlar, vikipediya, podkastlar 
və s. aiddir.
Qruplar üçün nəzərdə tutulan iş vərəqləri təhsilalanların sosiallaşmasını təmin edir, 
kommunikativ kompetensiyaların formalaşmasına zəmin yaradır.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin