TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə73/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   69   70   71   72   73   74   75   76   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
78 
müvafiq şәrait yaratmağı nәzәrdә tutur. 
Tәlimi fәrdilәşdirmәk vә ya diferensiallaşdırmaq һeç dә sinifdә һәr şagirdlә xüsusi 
proqram vasitәsilә mәşğul olmağı tәlәb etmir, әksinә, elә üsulların tәtbiqini tәlәb edir ki
orada һәr şagird öz xüsusiyyәt vә qabiliyyәtlәrinә әsasәn dәrketmә fәaliyyәtindә 
lәngimәsin, imkan daxilindә irәliyә gedә bilsin, sinifdә һәm geriyә qalanlarla iş aparılsın, 
һәm dә irәlidә gedәnlәr nәzәrdәn qaçmasın, һәm dә siniflә birlikdә işlәmәk tәlәbi 
pozulmasın. Belə bir tәlimi tәşkil etmәk o qədər də asan deyildir. Bunun üçün təlim 
fəaliyyətini, şagirdlərin fəallığını azaltmadan nizamlamaq lazım gəlir. Tapşırıqları 
fәrdilәşdirmәklə, şagirdlərin öyrənmə tərzlərini, qabiliyyətlərini һesaba almaqla, onların 
bilik vә bacarıqlarına istinad edilməlidir. Daһa fəal şagirdlәrə biliklәrini dәrinlәşdirməyə, 
bilik keyfiyyətini artırmağa xidmət edən tapşırıqlar verilməlidir. Onların digər şagirdlərlə 
birgə fəaliyyətini, əməkdaşlığı təmin edilməlidir. Materialı çətin mənimsəyən şagirdlərə 
nisbətən asan həll olunan misal, məsələlər verilməlidir.
İnklüziv təlim 
İnklüziv
təlimdə fərdi və qrup tələbatları nəzərə alınır. Buraya şagirdin şəxsi, mədəni, 
idraki, fiziki və hissi tələbatları aid edilir. Bunun üçün müəllim şagirdlərin fərdi 
xüsusiyyətlərini müəyyən etməli, onları başa düşməli, tələbatları təlim proqramına 
uyğunlaşdırmalı, ehtiyacları ödəməlidir.
Sinifdə səmərəli inklüzivliyi təmin etmək məqsədilə müəllim:

Nailiyyət və müvəffəqiyyətin əldə olunmasına şərait yaratmalı;

Şagirdləri həvəsləndirməli, onların hər bir uğurunu qeyd etməli;

Müəllim
-
şagird, şagird
-
şagird münasibətlərini pozitiv şəkildə qurmalı;

Təlimi qısa addımlara bölməli, həvəsləndirici hədəflər müəyyən etməli; 

Şagirdlərdə maraq yaratmalı və onun bütün təlim prosesi boyunca saxlanılmasını 
təmin etməli;

Mütəmadi əks
-
əlaqə yaratmalı;

Pozitiv yanaşmanı həyata keçirməli;

İnteqrativliyi təmin etməli;

Fərdi təlim planı hazırlamalı;

İnkişafın mütəmadi izlənilməsi və müvafiq qeydiyyatın aparılmasını təşkil etməli;

Şagirdlərin fərdi tələbatlarının təmin olunması məqsədi ilə müxtəlif təlim resursları 
hazırlamalıdır.
İnklüzivlik bütün şagirdlər üçün maraqlı, fərqli, həvəsləndirici imkanların yaradılması, 
bütün şagirdlərin təlimə cəlb olunması, onların eyni münasibət, metod, ünsiyyət və resursla 
təmin olunması deməkdir. Bu amillər təlimdə diferensiallaşdırma və fərdi tələbatların 
ödənilməsini mümkün edərək inklüziv təhsilin əsas sütunlarını təşkil edir.
Müəllim təlimdə şagirdlərin xasiyyətlərini, tez
-
tez dəyişə bilən əhval
-
ruhiyyəsini, əsəbi 
olmasını, hisslərini nəzərə almalıdır. O, dərsini şagirdlərin aşağıdakı xüsusiyyətlərinə uyğun 
təşkil etməlidir:



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin