TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə93/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   89   90   91   92   93   94   95   96   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
103 
13.
Heç kimin hüququnu pozmamaq;
14.
Fikirləri ümumiləşdirib nəticə çıxarmaq.
Dərs müddətində diqqətli olmaq, müəllim danışarkən, mövzunu izah edərkən onu 
səbrlə dinləmək şagirdlərin əsas vəzifəsidir. Dərs danışmaq, suallara cavab vermək 
istədikdə, sağ əli qaldırmaqla icazə istəmək əsas qaydalardandır. Yerində cavab verərkən, 
yazı lövhəsinin qarşısına çıxarkən özünü qaydaya salmaq vacibdir. 
Sinifdə, dərsdə stulu stola çox yaxın çəkmək məsləhət deyil. Belə halda dərslikləri 
stolun üstünə qoyarkən yanaşı oturanlara mane olur, ümumi mənzərəni, ahəngdarlığı 
pozur.
Sinif otağı şagirdlərin sevimli məkanlarındandır. Şagird oturduğu partanı həmişə 
təmiz və səliqəli saxlamalı, onun üstünü yazmamalı və başqalarına da icazə verməməlidir.
Dərs başa çatdıqda zəng vurulan kimi yerindən qalxmaq, hay
-
küy salmaq yaxşı hal 
deyil. Yerindən qalxmaq, tənəffüsə çıxmaq üçün müəllimin icazəsi gözlənilməlidir. Tənəffüs 
zamanı dəhlizlərdə sürətlə qaçmaq, qışqırmaq, hərəkətli oyunlar oynamaq, divarlardakı 
stendlərə, məlumat göstəricilərinə toxunmaq, onları qoparmaq, başqalarını narahat etmək 
ətrafdakılara hörmətsizlik sayılır.
Məktəb kitabxanasından münasib vaxtlarda istifadə edilir. Oradan marağa, anlaq 
səviyyəsinə və müəllimlərin tapşırıqlarına uyğun kitab alınır. Kitablar təmiz saxlanmalı, 
səhifələri yazılmamalı, şəkilləri silinməməli, əzilib büzülməməlidir. Əgər kitablarda cırılan 
və qopan vərəqlər varsa, onları yapışdırmaq lazımdır. 
Dərsdə ümumi davranış qaydalarına gəldikdə onlara aiddir:

Dərs zamanı şagird, dərs cədvəlinə uyğun olaraq müvafiq kabinetdə öz yerində 
olmalıdır.

Dərs zamanı şagirdlər diqqətlərini dərsə cəmləməli, digər uşaqların diqqətini 
dərsdən yayındırmamalıdırlar. Səs salmaq, kənar söhbətlər aparmaq, musiqiyə 
qulaq asmaq, dərsə aid olmayan işlərlə məşğul olmaq yolverilməzdir.

Dərs zamanı müəllimlərə yemək (o cümlədən saqqız və konfet) yeməyə, içməli su və 
dərmanlar istisna olmaqla, həmçinin mobil telefonlardan istifadə etməyə icazə 
verilmir.

Dərs zamanı şagirdlərə qida (o cümlədən saqqız və konfet) qəbuluna, içməli su və 
dərmanlar istisna olmaqla icazə verilmir, həmçinin mobil telefonlardan, elektron 
oyunlardan istifadə etməyə, musiqiyə qulaq asmağa və ya filmə baxmağa
dərslərdən yayındıran işlərlə məşğul olmağa icazə verilmir. 
Məktəbin ayrı
-
ayrı otaqlarında (kompüter sinfi, idman zalı, kitabxana, fənn 
kabinetləri), müəllimlər və
şagirdlər xüsusi müəyyən edilmiş davranış qaydalarına riayət 
etməlidirlər.

Tənəffüs zamanı şagird öz iş yerini səliqəyə salmalı, növbəti dərsə lazım olan hər bir 
şeyi hazırlamalıdır, mərtəbə üzrə növbətçilərin tələblərinə tabe olmalı, digər 
şagirdlərin istirahətinə mane olmamalıdır.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin