Təlimin Məqsəd və vəzifələri Təşkilat və layihə haqqında məlumat



Yüklə 52,82 Kb.
tarix14.01.2017
ölçüsü52,82 Kb.
#196




VCU

potensİal SMB


Layİhə planlaşdırılması və Məntİqİ matrİsİn tərtİbatı” mövzusunda təlim
Sumqayıt, Azərbaycan

14 – 16 İyul 2007



Təlimin Məqsəd və vəzifələri
Təşkilat və layihə haqqında məlumat:
Hazırda Potensial Sumqayıt Mütəxəssislər Birliyi 8 Dəstək QHT-dən biri olaraq Counterpart İnternational Təşkilatının icra etdiyi Vətəndaş Cəmiyyəti Layihəsini Azərbaycanın Sumqayıt ş. və Quba-Xaçmaz bölgəsində həyata keçirir. Proqramın məqsədi Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etməkdir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Beş illik layihə çərçivəsində Potensial Sumqayıt Mütəxəssislər Birliyi Sumqayıt ş. və Quba-Xaçmaz bölgəsinin QHT və icma nümayəndələri üçün bir sıra təlimlərin həyata keçirilməsini planlaşdırır. Bu təlimlərdən biri də “Layİhə planlaşdırılması və Məntiqi matrisin tərtibatı” mövzusunda 3 günlük təlımdir ki, burada həmin regionlarda yerləşən yerli QHT-lərin və icmaların nümayəndələri təlim üçün məsul olan şəxsə müraciət edə bilərlər.


Məqsəd:
Sumqayıt ş. və Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən QHT-lərin “Uğurlu Layihələrin” yazılması bacarığının artırılmasından ibarətdir.

Vəzifələr:


  • “Uğurlu Layihənin” tərtib olunması qaydaları ilə iştirakçıları tanış etmək;

  • Donor təşkilatlarının üstünlük verdiyi prioritet istiqamətlərlə tanış etmək;

  • İştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün şəraitin yaradılması


Təlimin mündəricatı:



  1. Layihə dövriyyəsinin idarə olunması

1.1 Təhlil:

a) Maraqlı tərəflərin təhlili;

b) Problemin müəyyənləşdirilməsi və təhlili;

c) Layihə məqsədinin təhlili;

d) strateji alternativlərin təhlili.

2.1 Planlaşdırma:



a) Məntiqi matris;

b) Fəaliyyət və resursların paylaşdırılması;

c) Büdcənin planlaşdırılması;

d) Monitorinqin planlaşdırılması.

2.2 Monitorinqin keçirilməsi:

a) monitorinq formalarının tərtibi;

b) monitorinq formalarının tətbiqi.

2.3 Ümumi qiymətləndirmə.

a) qiymətləndirmə formalarının tərtibi;

b) qiymətləndirmə formalarının tətbiqi.
2. Uğurlu layihə təklifinin yazılması qaydaları.

3. Donor təşkilatları haqqında məlumat.
Metodologiya:
Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil olunacaq. İş əsasən təcrübənin inkişafı istiqamətində aparılacaq. Fəal iştirak, təqdimatlar, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyasıdır.

Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup özü əsas rol oynayır. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və seminar prosesinə fəal cəlb olunurlar. Təlim zamanı iştirakşılarla iş və qeyri-formal təhsilin tətbiqi metodologiyası yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən həyata keçiriləcək.


Təlim zamanı istifadə olunacaq dil.
Təlim Azərbaycan dilində keçiriləcək. Əlavə olaraq namizədlər bildikləri bütün dilləri və onları bilmə səviyyələrini qeyd edə bilərlər.
İştirakçıların seçim profili:


  • Sumqayıt ş. və Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən QHT-lərin və ya təşəbbüs qruplarının birinin fəal üzvü olmalı;

  • Hər bir təşkilatdan bir neçə nəfər müraciət edə bilər, lakin seçim zamanı yalnız bir nəfər iştirakçı onun təcrübəsi və motivasiyasına uyğun olaraq Komitə tərəfindən seçiləcəkdir;

  • Seçim zamanı bölgələrdən olan təşkilat nümayəndələrinin coğrafi balansı gözləniləcək;

  • Hər bir müraciətçi Azərbaycan dilində sərbəst danışmalı;

  • Gender balansına riayət olunacaq;

  • Seçimin əsas meyarlarından biri hər bir ərizəçinin motivasiyası olacaqdır.


Ərizə, prosedur və iştirakçıların seçimi
Bütün namizədlər məlumata əlavə olunmuş ərizə formasından istifadə edərək müraciət edə bilərlər. Seçim komitəsi gender balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd olunan profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Seçilmiş namizədlərə 12 İyul tarixinədək qəbul olmaları və ya gözləmə siyahısına düşmələri barədə məlumat veriləcəkdir. Namizədlərin nəzərinə çatdırırıq ki, adı son siyahıya salınan namizəd kursun tam müddətində iştirak etmək üçün hər cür səy göstərməlidir. Hər hansı xüsusi səbəbə görə iştirak etmək mümkün deyilsə namizəd təlimin başlanmasından ən azı bir gün əvvəl təcili olaraq Potensial Sumqayıt Mütəxəssislər Birliyi məlumat verməlidir.
Müraciətin son tarixi

Ərizə forması namizəd tərəfindən doldurulmalı və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin aşağıda göstərilən poçt ünvanına göndərilməlidir.

Ərizə forması ən gec 10 İyul, 2007-ci il saat 18:00 dək göndərilməlidir.

Təlim kursunun yol və digər xərcləri

Digər bölgələrdən seçilmiş və dəvət almış iştirakçıların yemək və qalmaq xərcləri layihə çərçivəsində Potensial Sumqayıt Mütəxəssislər Birliyi tərəfindən təmin ediləcək. Habelə ümumi yol xərcləri ödəniləcəkdir (müvafiq avtobus və ya qatar biletləri təqdim edildikdə). Taksidən istifadə edənlərə yol xərcləri ödənilmir.





Sumqayıt ş

12 ci mkr. Koroğlu pr 27 a

Tel: (+994 018) 64 658 26; 012 418 41 60

Fax: (+994 018) 64 658 26

Email: potensial1998@gmail.com

Əlaqələndirici şəxs: Feyruz Şivəxanov

“Layİhə planlaşdırılması və Məntİqİ matrİsİn tərtİbatı”

mövzusunda təlim
Sumqayıt, Azərbaycan

14 – 16 İyul 2007


ƏRİZƏ FORMASI

(Xahiş edirik latın qrafikasının böyük hərflərindən istifadə edəsiniz)





Adı

[pasportda göstərildiyi kimi]






Soyadı [pasportda göstərildiyi kimi]




Milliyyəti




Təvəllüd




Cinsi

qadın

kişi



Ünvan [Poçt kodu,

şəhər/rayon]




Təhsil aldığı müəssisə [ixtisas, kurs]







Telefon [şəhər/rayon kodu daxil olmaqla]




Mobil [055 / 050]




Elektron poçt ünvanı




Bildiyiniz dillər [qeyd edin]

 İngilis  Rus  Аlmаn  Digər: ________

Təmsil etdiyiniz təşkilat:



Adı [Azərbaycan dilində]




Adı [İngilis dilində]




Ünvan[Poçt kodu,

şəhər/rayon]




Telefon (şəhər/rayon kodu daxil olmaqla)




Faks

[şəhər/rayon kodu daxil olmaqla]




Elektron Poçt ünvanı




İnternet səhfəsi




Xahiş edirik təşkilatınızın missiyası haqqında qısa məlumat yazasınız

Təşkilatın hansı məqsəd və vəzifələri var?




Hal-hazırda təşkilatda tutduğunuz vəzifə (könüllü işçi, idarə heyətinin üzvü, təlimçi, digər):



Təşkilatın idarə heyəti tərəfindən qeyd:

Biz, təşkilatın idarə heyəti bununla təsdiq edirik ki, bu layihənin fəaliyyəti haqqında məlumatlandırılmışıq və bütün imkanlarımızdan istifadə edərək seminarın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün gənclər sahəsində müəyyən təcrübəyə malik olan və layihəyə öz töhfəsini verə biləcək nümayəndəmizi bu təlimə cəlb edirik.


Məsul şəxsin adı: _______________________________________________________
Tarix: ____________________ İmza: ____________________
1. Nə üçün bu tədbirdə iştirak etmək istəyirsiniz?







2. Layihə planlaşdırılması, tərtibatı və icrası sahəsində şəxsi təcrübəniz (Xahiş edirik bu sahədə olan təcrübənizi ətraflı əks etdirin)






3. Bu təlimdən nə gözləyirsiniz?




Тarix: ____/____/_______ İmza: ____________


Хаhiş edirik bu qeydiyyat formasını doldurub

10 İyul 2007-ci il saat 18:00 dək

aşağıda göstərilən ünvana göndərəsiniz




Sumqayıt ş

12 ci mkr. Koroğlu pr 27 a

Tel: (+994 018) 64 658 26; 012 418 41 60

Fax: (+994 018) 64 658 26

Email: potensial1998@gmail.com

Əlaqələndirici şəxs: Feyruz Şivəxanov







Yüklə 52,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin