Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə12/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   8   9   10   11   12   13   14   15   ...   52
***

Baş qoşma bizlərə, Tanrım,

Biz dəliyik, divanəyik.

Sən külli-aləmə sahib,

Biz bir şəmə pərvanəyik.
BƏNÖVŞƏ ƏTİRLİ QAR
Qardan tutub çətrini,

Gizli baxır bənövşə.

Alıb yazın ətrini,

Gəlibdir o görüşə.


Boynun büküb baxsa da,

Yoxdur giley-güzarı.

Bir az vaxtsız çıxsa da,

Gözləmirdi bu qarı.


Ləçəkləri təzə-tər,

Rəngi elə öz rəngi

Tanrım, baharı göndər,

Kim sevməz bu ahəngi!?


Bənövşə ətirli qar,

Üşütmə yaz gözəlin!

O tər çıçək, qar, bahar

Mövzusu min qəzəlin!



MİLLƏTİN ÜZQARASI
Zəhər olsun çörəyin,
Boğazından keçməsin.
Ey zülm edən, gözlərin
Ağ-qaranı seçməsin.

Guya müəllimdi bu,


Əslində bir saxtakar.
Həkim, mühəndis belə
Oğrular qatar-qatar.

Sən ziyalı deyilsən,


Sən ziyanlı birisən.
Dünya irəli gedir,
Sən hələ də gerisən.

Millətin üzqarası,


Onu pula satansan.
Şərəfini unudub,
Üfunətdə batansan.

UNUTQAN OLMADIM

Unutqan olmadım heç,


Dosta vəfa borcum var.
Yoxsa da büllur camım,
Əllərim var, ovcum var.

Yar olana yaram mən,


Belə bəxtiyaram mən.
Qışda da baharam mən,
Qeyri-adi güçüm var.

Üzüm gülənlə gülmür,


Güya  bir kimsə bilmir.
Əlimdən heç nə gəlmir,
Vətən darda, acım var.

Bezdim qorxaq, qaçaqdan,


Kim qorunub olacaqdan.
Neçə-neçə alçaqdan
Alınacaq öcüm var.

Unutqan olmadım heç,


Dost da mənim, düşmən də.
Qürbət olsa da cənnət,
Çox xoşbəxtəm vətəndə.


SƏNİ QORUYA BİLMƏDİK, VƏTƏN
Qoynunda doğulduq, ərsəyə yetdik,

Burada dil açdıq, bülbültək ötdük.

Əzəldən var idik, sonradan itdik?

Biz səni qoruya bilmədik, vətən!


Bizimdir söylədik əlçatmaz dağlar,

O yaşıl meşələr, meyvəli bağlar.

Bəs hanı sinəyə döyülən çağlar,

Biz səni qoruya bilmədik, vətən!


Düşmənə bax, quduz köpəkdən betər,

Bu gedişlə çətin bu dava bitər.

Bu ağrı, bu acı hər kəsə yetər,

Biz səni qoruya bilmədik, vətən!


Başbilənlər heç demə başdan xarab,

Yeyirlər kababdan, içirlər şərab.

Bunlardan almadıq müsbət bir cavab,

Biz səni qoruya bilmədik, vətən!


Haramdır çörəyin bizə, yemərik,

Bir də sinəmizə əsla döymərik.

Əgər qeyrətimiz varsa, demərik,

Biz səni qoruya bilmədik, vətən!


Biz varıq, hələ ki, ölmədik, deyək!

Səni qəlbimizdən silmədik, deyək!

Aciztək qarşına gəlmədik deyək,

Biz səni qoruya bilmədik, vətən!



EY YARADAN
Bezdik şüar deyənlərdən,
İnsan haqqın yeyənlərdən,
Özün dartıb öyənlərdən
Hifz et bizi, ey Yaradan!

Haqqımıza girənlərdən,


Düzü əyri görənlərdən,
Arxamızca hürənlərdən
Hifz et bizi, ey Yaradan!

Yalandan əl çalanlardan,


Kiçilib, alçalanlardan,
Sərvətlə ucalanlardan
Hifz et bizi, ey Yaradan!

Aşa zəhər qatanlardan,


Səhər-axşam yatanlardan,
Torpağını satanlardan
Hifz et bizi, ey Yaradan!

Vətən qədri bilməyəndən,


Xəcalətdən ölməyəndən,
Haqq yoluna gəlməyəndən
Hifz et bizi, ey Yaradan!

Mayası pozuq olandan,


İftiradan, ağ yalandan,
Gündə min hava çalandan
Hifz et bizi, ey Yaradan!

Bu milləti soyanlardan,


Ac-yalavac qoyanlardan,
Şər toxumu yayanlardan
Hifz et bizi, ey Yaradan!

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin