Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə14/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
DÜRÜST BİRİ YOXDUMU
Yaxşıların dostuyam,
Yamanların qənimi.
Ağlım kəsəndən bərı
Axtarmışam tənimi.

Mən doğru axtarmışam,


Yalan çıxıb qarşıma.
Onlar da zəhər qatıb
Yeməyimə, aşıma.

Üzə gülən çoxları


Ayaqaltı qazıblar.
Adlarını alçaqlar
Cərgəsinə yazıblar.

Yollarını azanlar


Niyə belə çoxalıb?
Yoxsa bu azanları
Əqrəb, ilanlar çalıb?

Ürəyini açmağa


Dürüst biri yoxdumu,
Əyri işlər görənlər
İşlərindən toxdumu?

Yaxşıların dostuyam


Allahım başım üstə.
Yamanlar çoxalıbdır,
Hər yerdə dəstə-dəstə.

QƏRİBƏDİR BU HƏYAT
Qəribədir bu həyatın 
hər tərəfi, altı, üstü.
Gah düz olur, gah da əyri 
bacasından çıxan tüstü.

Doğru insan, düz insan var, 


Əyrisi heç ələ düşməz.
Tövbə desə kim harama,
Adı dişə-dilə düşməz.

Qəlbinə şeytan girənlər,


Demək dostdurlar onunla.
Şərəfsizlik qorunmayır
Nə qaydayla, nə qanunla.

Bu ləkəni yumaq olmaz


Heç bir kimyəvi tərkiblə.
Yolun azanlar bilməyir,
Hardadır haqq, hanı qiblə.

Həzər adam olmayandan,


Ləyaqətli, qeyrəti yox.
Satar bir göz qırpımında,
Beləsinin milləti yox.

Bilməyənə nə anladım?


Şərəf, namus ayrı şeydir.
Gözuqıpıqlıq ayrıdır,
Qorxu, kabus ayrı şeydir.

VƏTƏNİ SEV...
Ağıllı insanlar yaxşı bilir ki,
Mayası pozuqlar vətəni sevməz.
Vətənçün canını fəda edəni,
Sərhəddə can verən, bitəni sevməz.

Vətəni sevməyən milləti sevməz,


Çün onun çörəyi dizinin üstə
Yamanlıq, paxıllıq gələr əlindən,
Həmişə yaxşının durar qəsdinə.

Qanı zəhərlənib ana bətnində,


Satar uf demədən müqəddəs nə var.
Dost deyib üzünə gülə də bilər,
Gərəksə min kələk, min hiylə qurar.

Vətəni sev, milləti sev həmişə,


Qoru onu nanəcibdən, sənindir.
Vətən bu günündür, vətən sabahın,
Ötən günün, keçmişin, dünənindir


Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin