Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə17/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   13   14   15   16   17   18   19   20   ...   52
OĞRU ELƏ BAĞIRDI
"Oğru elə bağırdı,
Doğru bağrı yarıldı"
Oğru şeytanlaşdıqca,
Doğru haqqa sarıldı.

Dərs verir  əyri mənə,


Durub mat-mat baxıram.
Haqq axtara- axtara
Ömrü hədər yaxıram.

Hünərin var alışma,


Partlama barıt kimi.
Hünərin var kökləmə,
Qəm üstə sarı simi.

Hirs, hikkəm var içimdə


Məndən betər gündədir.
Düz düzün yanındadır,
Əyri əyri təndədir.

HƏRƏ BİR CÜRƏ XƏSTƏDİR
Əfsuslar bu cəmiyyətdə
Hərə bir cürə xəstədir.
Sağda vardır, solda vardır,
Tək deyil, dəstə-dəstədir.
Biri uzun, biri qısa
Biri də boyu bəstədir,
Hərə bir cürə xəstədir.
Nə yaxşıda, nə yamanda,
Nə aşıqdə, nə heyranda,
Yaddaş deyən heç nə yoxdu.
Yad aldadır, "dost" aldadır,
Harınların doymur gözü,
Fağırların nəfsi toxdu.
Dəyərsizlər çox, Allahım,
Mənim də vardır günahım,
Göz yummuşuq zalımlara,
Gözümüz baxırdı hara.
ÜZÜ GÜLMÜR MİLLƏTİN
Neçə aylar, illərdi ki,
Üzü gülmür bu millətin.
Dünya kardır, kordur yoxsa,
İçindədir dərd, zillətin.

Özgə yanmaz halına heç,


Barı özün bir çarə et.
Düşmən çoxdan aşıb həddin,
Durma, yeri, üstünə get.

Cəsarət et, həmlə eylə,


Başında sındır çanağı.
İş çevirir dost sandığın,
Var burda şeytan barmağı.

Hanı bu torpaq uğrunda,


Can verənlər, baş qoyanlar.
Hanı dünən həvəs ilə
Bünövrəyə daş qoyanlar.

Vaz keçdinmi el-obadan,


Bu qeyrətə sığışarmı?
Vətən sevən igid-ərin
Biçiminə yaraşarmı?

Qarabağda at oynadır


Yurd-yuvasız hay gədəsi.
Quyruğun qısaraq hürür,
Azalmır, artır hədəsi.

O gavurlar, leş eşənlər,


Qubadlını boşaltdılar.
Dinc durmayıb elə ordan
Zəngilana daş atdılar.

Xankəndini alıb ələ,


Xocalını qətl etdilər.
Sonra da it dillərində
Uladılar, hey ötdülər.

İblislər min oyun qurdu,


İz qarışdı, məzhəb itdi.
Şuşa kimi topdağıtmaz
Qala getdi, ədəb itdi.

Xocavənd də çıxdı əldən,


Bu düyünü çözün, açın.
Necə oldu düşdü əsir,
Qartallar oylağı Laçın.
Dədə Şəmşir, elin hanı,
Haylar onu əsir etdi.

Baxa-baxa susub durduq,


Kəlbəcər də küyə getdi.
ÇOX YANILDIQ
Zaman-zaman içimizdə
Yadlar toxum, dən əkdilər.
İstədik gedək irəli,
Ayağımızdan çəkdilər.
Dost dedilər, qucaq açdıq,
Zəhmətimiz hədər oldu.
Çox yanıldıq zəndimizdə,
"Dost" düşməndən betər oldu.
Qanı qana caladılar,
Cırlaşdı peyvənd kökümüz.
Getdi torpaq, söndü ocaq,
Tərpənmədi bir tükümüz.
Ehee..y, ey millət hardasan,
Tülkülər meydan sulayır.
Qeyrət itib, sərvət gedib,
Gör bizi kimlər talayır.
Üzümüzə gülənləri

Özümüzə qardaş bildik.

Ayaq altı qazanlarla,

Tikəmizi niyə böldük?


Gözlərimiz görmədisə,

Qəlbimiz də duymadı heç.

Düşməni çəkdik yuxarı,

O da bizi saymadı heç



DOĞRUDUR YOLUM
Həyat bu qədərmi sərsəmmiş, nədən?
Sənin ağılın yox, mənim də pulum.
Sən zülmət aşiqi, hara gedirsən?
Mən haqqın aşiqı, doğrudur yolum.

Səni bir səhv edib əkmiş əkənin,


O anan bəs niyə doğubdu səni?
Yaşına baxanda az olmasa da,
Hələ tanımırsan dostu, düşməni.

Yalanlar dilinin əzbəri olmuş,


Qonşu da, qohum da bezibdi səndən.
Taleyin zamanın qalmış,
Doğrular əlini üzübdü səndən.
O BİR BAHAR ÇİÇƏYİ

Bənzərsiz, xoş ətirli


O bir bahar çiçəyi,
Dağ döşündən boylanan
Tər güllərin göyçəyi.
Ona yaraşıq verir
Hər yarpağı, ləçəyi.

Ey bənövşəm, boynunu 


Elə burma, bükmə heç.
Yaz da gəlib həsrətin
Dərd eləmə, çəkmə heç.
Təşnələb olsan əgər
Əriməyə amadə 
Bəyaz qardan alıb iç,
Ey bənövşəm, boynunu
Elə burma, bükmə heç.

SƏN ÖMRÜMÜN NAXIŞI
Məlhəm olur ürəyimə
Nazlı yarin hər baxışı.
Nəsə demək istəyirsən,
Söylə gülüm, çəkinmə de,
Sən, ey ömrümün naxışı.

Məni sorğu-suallarla,


İmtahan edib yoxlama.
Cavabını bilmədiyin
Kimsə ilə bölmədiyin
Nə müşkülü, nə bir sirri
Məndən gizlətmə, saxlama!

ÇƏKİR
Bazarda alver edən 
tərəzidə mal çəkir,
Adam var ki gözləri 
bütün günü yol çəkir.
Adam var kabinetdə
İmza atır, qol çəkir,
Dadaş tində oturub  
baxın papiros çəkir,
Samaqonu ya İvan
müxtəsər o rus çəkir.
Adı Məhəmməd kişi
Üzü-gözü qapqara, 
Qır dösəyir damlara,
Yollara asfalt çəkir.
TƏBİƏT DƏ BİZ BİÇİMDƏ
Dörd fəsli var təbiətin,
Hərəsinin öz donu var.
Hər rəngin öz gözəlliyi,
Öz çaları, öz fonu var.

Yazda yaşıl, güllü geyər,


Tumurcuqlayar hər budaq.
Bülbüllər gülə baş əyər,
Anladar eşqin bu sayaq.

Libası nurdandı yayda,


Gözlər mavi dəniz kimi.
Qara torpaqdan boylanar,
Qızıl rəngli o bol zəmi.

Rənginə bax sonbaharın,


Bəzənibdir toya gedir.
Bu görkəmdə heyranların
Varlığına aşiq edir.

Bu da gəlin, bəyaz geyib,


Qış əlindən tutub gəlir.
İçindəki acıları
Gömüb yerə, atıb gəlir.

Təbiətin halı budur,


Ağlayanda yağış dedik.
Yandıranda, donduranda
Bu da bir cür naxış dedik.

Təbiətdə var olmuşuq,


O da bizim içimizdə.
Biz ona bənzədiymizdən,
O da bizim biçimmizdə.
HAQQIMIZ VARMI

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin