ÖZÜNƏ BAX O GÜZGÜDƏ
Özünə bax o güzgüdə, ay yazıq,
Içində çəkməkdən çöpə dönmüsən.
Sənə elə gəlir ki, odsan-alovsan,
Səndən qalan küldü, çoxdan sönmüsən.
Seyr eləyib dağ başından aləmi,
Elə bildin çox dahisən, ucasan.
Insan kimi yaşamaqçun gərəkdir
Yaxşıların arxasınca qaçasan.
ŞEYTAN BARMAĞI
Sağda əyri, solda əyri,
Bir qəpiklik yox dəyəri.
Ha de, söylə yox bir xeyri,
Vardır toru, var qarmağı,
Hər yerdə şeytan barmağı.
Boynu yoğun, sifət girdə,
Gözün tamam tutub pərdə.
Diqqətlə bax, özün gör də,
Zülmətdən gəlir qınağı,
Hər yerdə şeytan barmağı.
Yaşı çoxdur, ağlı dayaz,
Hardan gəlib bu yaramaz?
Vallahi heç kəs yoramaz,
O insanlığın yamağı,
Hər yerdə şeytan barmağı.
Quyuya at, diri çıxar,
Sakəri pis, evlər yıxar.
Burnunu hər yerə soxar
Yamanca bəddi ayağı,
Hər yerdə şeytan barmağı.
***
Dostları ilə paylaş: |