Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı


Yata-yata qəhr olmayaq, Yatmaq bizə yaraşmayır



Yüklə 292,48 Kb.
səhifə2/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   2   3   4   5   6   7   8   9   ...   52

Yata-yata qəhr olmayaq,

Yatmaq bizə yaraşmayır.

Torpağı düşmən tapdayır,

Qəlbim bunla barışmayır!!!


OYAN

Yuxunuz heç şirin olmasın, millət,


Güclə oyanmışdın, yenə də yatdın.
Nə vaxt oynarsan bir də nəhayət,
Əgər oyanmasan demək ki, batdın.

Oyan ki, bayrağın bir də enməsin,


Oyan ki, ocağın, odun sönməsin.
Qarşında hay iti sussun, dinməsin,
Bacarsan, düşmənin ipini dartdın.

Şuşanı döyüşlə alasan gərək,


Laçınçun səngərdə qalasan gərək.
Düşməni alaqtək yolasan gərək,
Kimlərsə deməsin torpağı satdın.

Yan-yörənə dön baxginən, kormusan?


Eşit dostu, həm düşməni, karmısan?
Döyüş olsa, bu döyüşdə varmısan?
Oyan, bəlkə sən özünə qayıtdın!
Göydən başımıza mərmilər yağır,

Oyan, bu davanın bədəli ağır.

Yan-yana durmağa dostları çağır,

Istəsən, arzuna demək ki, çatdın.


Şirin olmaz, “halva” deməklə ağız,

Götür bir namə yaz, bu da ki kağız.

Gələcək köməyə osmanlı, oğuz,

O zaman şəkərə demək, bal qatdın.




Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin