Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə20/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   16   17   18   19   20   21   22   23   ...   52
Döyürsən sinənə mən-mən deyirsən,

Sənin “mənin” harda itib, bilirsən?

Sənin lüğətində dost sözü yoxdur,

Sən nələr deyirsən, kimə gəlirsən?

YAŞA İNSAN KİMİ

Yollar uzaq,

yolçu yorğun.

Otur dincəl,

çıxsın candan

Yorğunluğun,

acın, ağrın.

Zaman uzun,

dünya fani,

Ömür qısa.

Yaşa onu insan kimi.

Qoşulma tülkü xislətə,

Toyuq-cücə

pusa-pusa.

Quyruğunu

Qısa-qısa.

Elə yaşa,

ömür sür ki,

Yorulmasın,

yarılmasın

əsla bağrın.

Sal yola,

qoy çıxıb getsin

Yorğunlugun,

acın,

ağrın.


MƏNİ
Sağ ol, namərd körpüsü,

Qoy sel aparsın məni.

Öndəkilər yönsüzdü,

Sonda taparsan məni.


Kim nə apardı taxçadan,

Gözləri doymaz axçadan.

Məni sevən bu bağçadan

Dərib aparsın məni.


Başım keçmədi kəndirə,

Fələk göydən daş endirə,

Tanrım, bu yanar təndirə

Istər atarsan məni.


İsrarlıyam öz sözümdə,

Tir axtarma sən gözümdə.

Namərdlik görsən üzümdə,

Bir qultək satarsan məni.




TANRIDAN AŞAĞI

Gördüyümüz Günəş, o Ay,


Şahə qalxan saysız saray,
Etmirəm hay-həşir, haray,
Hər şey Tanrıdan aşağı.

Pillə-pillə vəzifələr,


Bütün başqanlar, əfələr,
Sonsuz ucalan dəfələr,
Hər şey Tanrıdan aşağı.

Elmin aşıb-daşsa belə,


Sərhədləri aşsa belə,
İlham pərin coşsa belə,
Hər şey Tanrıdan aşağı.

Hər olayın öz axarı.


Hər əvvəlin var axırı,
Çək özünü tut yuxarı,
Hər şey Tanrıdan aşağı.

Şükr elə ki, həyatdasan,


Piyadasan, ya atdasan.
Nə olsun ki, üst qatdasan,
Hər şey Tanrıdan aşağı.

O sevgili, mən aşiqəm,


O sevgiliyə layiqəm?
Dediyim sözə sadiqəm,
Hər şey Tanrıdan aşağı.

BAXAN GÖRÜR
Baxan görür

qovanı da, qaçanı da.

Kasıba əl tutanı da,

Əlindəki son tikəni

Uf demədən alanı da.

Ona zalımlıq edəni,

Ona qucaq açanı da.
Zalım oğlu,

Yığdıqların bəs etmədi?

Öyrətdilər öyrənmədin,

Əməlindən iyrənmədin?

Sən hələ də almaqdasan,

Çapmaqdasan, çalmaqdasan,

Nəfsin hələ pəs etmədi?

Yox,


Mən qəti bilirəm ki,

Sənin belə suallara

veriləcək cavabın yox.
Sən bir zalım,

Sən əzazil, rəhimsizsən.

Ipək kimi ürəyin yox,

Ətəyinə əl uzadan,

bir kimsəyə köməyin yox.
Sən müqəvva, sən qara daş,

Yaxşılığın, səvabın yox.

Ha axtardım, ha aradım,

Sənə bənzər bir babın yox.



Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin