Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə21/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
DAŞDAN ÇIXAN ÇÖRƏK

Dostum Abbas Savalana

Tər tökmədən haram yeyən adamlar,
Tərəzini hər gün əyən adamlar,
"Mən-mən" deyib özün öyən adamlar,
Bilməz nədir adi, sadə xörəklər.
Yumşaq olur daşdan çıxan çörəklər.

Əkən bilir, biçən bilir dən nədir,


Halal dadan yaxşı bilir şən nədir.
Günəş nədir, yağmur nədir, çən nədir,
Qanmaz bunu fürsətçilər-zirəklər,
Yumşaq olur daşdan çıxan çörəklər.

Kəramətli özü yeməz, pay verər,


Səxavətli yeyər, həm də yedirər.
Xəsis yeməz, nə pay verər, nə bilər,

Qoy bilsinlər yaltaq, harın, təlxəklər,


Yumşaq olur daşdan çıxan çörəklər.
DAŞ, ELƏ DAŞDIR

Ha yon daşı, cilala,
Kələ-kötür yerlərini 
Ha tumarla, hamarla
Daş yenə də

daş olaraq qalacaq.

Daşla divar,

ev tıkilər,
Daş daşıyan bellər

gec-tez bükülər.
Daş ürəklər

heç inanma çəkilər,
Çəkilməyən ürəkdə

sevgi olmaz.

QARABAĞIM

Narahatam, Qarabağım,


Səni yağıdan almadım.
Məndən razı, narazısan?
Bilmirəm!
Mən "mən"dən razı qalmadım,
Səni yağıdan almadım.

Bizim olmusan, bizimsən,


Sən dildə əzbər sözümsən.
Desəm ki, iki gözümsən,
Sual edə bilərsən ki,
Nədən vəfalı olmadım,
Səni yağıdan almadım?

Bu nə dərddi, nə azardı,


Nə alverdi, nə bazardı?
Sual etsən haqqın vardı,
Niyə düşmənin canına
Qorxu, vəlvələ salmadım?
Səni yağıdan almadım?

Ey gözəlim, Qarabağım,


Ey cənnətməkan torpağım,
Ey başaqaxınc, qınağım,
Niyə uğrunda döyüşüb
Zəfər, qələbə çalmadım,
Səni yağıdan almadım?

NİYƏ KEÇİM
Adam var ki, baş ağrıdır,
Baş da var ki, daş ağrıdır.
O baş üçün keçmək olar,
O daş üçün keçmək olar
Adam üçün niyə keçim?

Sular yenə lillənibdir,


"Dilsiz"lər də dillənibdir.
Sular bulana da bilər,
Dilsiz də hətta dillənər,
Pis-yaxşını necə seçim?

Düşmən gizli, düşmən üzdə,


Dağda, düzdə, var dənizdə.
Şər qatılanda içinə,
Deyilsə kimsə vecinə,
Bu necə bir ölçü, biçim?

Quyumuza daş atdılar,


Aldadıb hey baş qatdılar.
Guya kimsə ağıllıdı,
Millətin gözü bağlıdı?
Yanır çölüm, yanır içim.

Dil tök, onu hərdən yağla,


Yalnız öz halına ağla.
Keç yanımdan, məni görmə,
Yanğın verdin, suyu vermə,
Versən axı necə içim?

Zamandan qalırıq geri,


Öndədir hətta sərsəri.
Tərpəndi bizdən də zirək,
Saçımızı yoldu külək,
Topa-topa, əlçim-əlçim.

YOX KİMİYİK

Doğru, dürüstlüyundənmi,
Sərrast, səlistliyindənmi, 
Asdılar sözümü dar ağacından.
Qələmim qəmdən əridi,
Biganəlikdən çərlədi,
Öldü bir gün də acından.

Tox bilməz ki ac nə çəkır,
Bəlamız bu bilməməkdə.
Körpüləri yandıraraq,
Özümüzü qandıraraq,
İnsanlığı unudaraq
Tıkəmizi bölməməkdə,
Bəlamız bu bilməməkdə.

Dədəm Qorqud qopuzunun
Gərilmiş sarı simiyik.
Pərdələrindən ucalan
Şux nəğməsi, dərd-qəmiyik.
Gözümüzü döyə-döyə,
Yalandan don geyə-geyə,
Zəhər, ağu yeyə-yeyə,
Yaşayırıq, tox kimiyik,
Varıq, amma yox kimiyik.


Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin