Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə27/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   23   24   25   26   27   28   29   30   ...   52
DAĞ DAĞA RAST GƏLMƏZ...

Doğru deyiblər ki, dağ dağa rast gələməsə də, insan insana rast gələr. Mən onu kiçik yaşlarımdan tanıyıram. Yay tətili olanda biz ailəliklə Tircana gedirdik. O vaxtlar ab-hava bir başqa idi. İnsanlar daha səmimi, daha istiqanlı idi. Nurməmməd Osmanovu da elə o zamanlardan tanıyıram. Sıx qara saçları ona çox yaraşırdı. Nurməmmədi səhv etmirəmsə son dəfə 70-ci illərin əvvəlində görmüşəm. Elə həmin zamandan Nurməmməd Rusiyanın Sankt-peterburq şəhərinin ətrafındakı qəsəbələrin birində yaşayır.

Təxminən 48 ildən sonra Fb-də onunla yenidən görüşdük.
Bir neçə sualım var, yazım, Abı,

O şəvə saçları harda itirdin.

Yaşının mükəmməl çağındasan sən,

İlləri qürbətdə necə ötürdün!


El-oba bilirdi sanbal-çəkini,

Talemi dəftərə yazdı ikini.

Dünyanın bu qədər ağır yükünü

Çiyninə de necə aldın, götürdün?


Soruşum, xətrinə bir dəyən oldu?

Tərəzi gözünü ya əyən oldu?

Yoxsa ki haqqını bir yeyən oldu?

Vətənlə sevdanı sona yetirdin!?



DEYILƏM
Elə zənn eyləməyin aşiqi dövran deyiləm.

Gördüyüm gözəlliyə mən baxıb heyran deyiləm.


Sevərək yaratdı Tanrım, nəyi vardı aləmin,

Mən necə söyləyim O Canana ki, can deyiləm.


Dostuyam doğru kəsin, doğru işin, doğru nə var,

Yolunu azmış olan haqsıza dərman deyiləm.


Adıma hədyan deyənlər tapılar, inanmayın,

Çünki haqq aşiqiyəm, mən həmin "Ümman" deyiləm!



OLMUR
Allah, özün yardım elə, bəndələrdən kömək olmur,

Təkcə gümanım sənədir, kimsəyə söz demək olmur.


Elə söz var zəhər kimi, qanan üçün baldan şirin,

Elə söz var şəkkəri-bal, istəmədən yemək olmur.


İnsanlara can demişəm, dönüb zəhrimar deyiblər,

İnsanlıq bilməyənlərdə mərhəmətli ürək olmur.


Insan var ki, yar sinəni, əyləşdir qəlbin taxtında,

İnsan var ki, nə ölüyə, nə diriyə gərək olmur.


Hər kəs gərək öz babını tapıb dostluq, ülfət edə,

Ümman, başqa birgəlikdə nə əl, nə də ətək olur,



İSTƏMƏ
Yox mənimlə ortaq malın, kartofu bir ton istəmə!

Demə, olsun bu son dəfə, nə ilk, nə də son istəmə!


Abır, həya yaxşı şeydir, gündə min libas geyirsən,

Kimdən istəsən istə sən, gəlib məndən don istəmə!


Nə bankirəm, nə tacirəm, gəlib düşmə ayağıma,

Nəinki məndən yüz manat, nə əlli, nə on istəmə!


Çıx efirə elan elə, yoxdur sənə imdad edən,

Get alginən rejissordan, məndən mikrofon istəmə!


Get yazdır öz həyatını kitab eylə, ver satışa,

Kitabına üzlük üçün sən məndən karton istəmə!


“İzveni” sən, çox “prasti”, məni narahat eləmə,

İgiliscə “ay əm sorri”, firəngcə “pardon”, istəmə!


Sənə nəinki araba, uzunqulaq da vermərəm,

Rus dilində yalvarma heç, nə loşad, nə kon istəmə!


Ümman adi şair baba, söz qoşur yaxşıya, pisə,

Sənin üçün yoxdur məndə lapşa, makaron istəmə!




Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin