Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə37/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
BİZ-AZƏRBAYCANLILAR KİMİK?

Azərbaycan adlı məmləkətdə yaşayan bütün insanlar azərbaycanlılar adlanır. Bu ölkə əhalisinin 91%-i türklərdən, yerdə qalan 9% isə talışlar, tatlar, ləzgilər, udinlər, yəhudilər, avarlar və s.milli azlıqlardan ibarətdir. Və biz türk olaraq bu millətləri özümüzdən heç bir zaman ayrı sanmamışıq. O vaxt ki, bu torpağa xaincəsinə göz dikənlər baş qaldırdı, düzən pozuldu. Rusların, farsların və onlara nökərçilik edən xain hayların dövlətimizə və torpaqlarımıza qarşı olan məkrli niyyətləri üzə çıxdı. Əsl simaları bəlli oldu.

Biz niyə onların qarşısında aciz qaldıq? Cavablar müxtəlif ola bilər. Deyə bilərlər ki, ruslar böyük dövlət sahibidirlər. Gücləri bizdən qat-qat üstündür və s. Bəli güclüdürlər. Nə olsun? Mütləqi-hakim deyillər! Gücə qarşı güc göstərmək mümkün deyilsə, ağıl işlədiləcəkdir. Bu siyasətlə məşğul olanların vəzifəsi və borcudur. Millət və dövlət diqtə ilə deyil, ağıl və siyasətlə idarə ediləcəkdir! Güc yetməyəcəksə, bu iş daha yaxşı idarəçilik bacarığı olan siyasətçilərə dövr ediləcəkdir. Bu məsələdə qətiyyətli və millətsevər siyasətçi olmaq yetərlidir. Düşünən başlar yollar aramalı, dövləti və milləti yaşatmaq üçün məqbul qərarlar qəbul etməkdə ciddi və qəti olmalıdırlar.

Bizdə-millətdə nə yoxdur ki, düşmənlərin gözündə zəif və asan loxma kimi görünürük? İNANCımız və SEVGİmiz kamil deyil. Bir az da açıq desək, çox şeylərə barmaqarası baxdığımız kimi, inanc və sevgimizə də o cür yanaşırıq. Tək-tək insanlar istisna ola bilər. Tək-tək! Əksəriyyət sadəcə həyatda qalmaq üçün yaşamağı üstün tutur. Belə olan halda insan yalnız özünü düşünür. Vətən, millət düşüncəsi arxa planda qalmış olur. Zəncirin halqası qırıldığından millət və vətən haqqında düşüncələr bəsit anlamda yaddaşlarda qalır. Yəni bu sözlər sadəcə olaraq lüğət sözləri kimi yaddaşlarda qalmış olmur. Əsl mahiyyət unudulur.

İnanc və sevgi. Bu ikisindən birinə insan ögey münasibət göstərərsə, öz-özünü şikəst bir cəmiyyətdə yaşamağa məhkum etmiş olacaqdır. Allahını və Vətənini sevməyənlər yaşadıqlarını zənn etməsinlər. Allahına şükr edənlər nə qədər çox olsa, cəmiyyət bir o qədər saf və təmiz olar. İbadət əhli nə qədər çox olsa, inanc və sevgi duyğuları bir o qədər şəfaverici olar. Gözdən pərdə asan, özünü cəmiyyətə dindar və inanclı biri kimi sırımaq istəyənlər nə Allahın, nə də insanların gözündə ucala bilməz. Düzdür insanı nümunəvi davranış və həqiqətə söykənməyən görüntülərlə çaşdırmaq, hətta inandırmaq olar. Amma xəlq edəni əsla! Allahla insanları qorxutmaq istəyənlər, çox böyük yanlış içindədirlər. Allah o qədərmi qorxuludur ki, yaratdıqları Ondan qorxsun? Xeyir, Allahı sevmək, bir daha sevmək gərəkdir. Allahı insanlara qorxunc varlıq kimi təbliğ etmək cəhalətdən başqa bir şey deyildir. Böyük günahlar, cinayət etmə, əgər edəcəksənsə, bax o zaman Allahdan qorx ki, cəza qaçılmazdır!

Səhvi, günahı və bu qəbildən digər hallara bais olmamısansa, qorxma Allahından, ey insan! Haqqı tanıyanlar, haqq olanlar Haqqın sevimli bəndələridir.

Bizim sevgimiz də bir başqa sevgidir. Söhbət “Leyli və Məcnun” sevdasına bənzər sevgidən getmir. (Leyli ilə Məcnunun dastanı adi sevginin deyil, ilahiyə aid olan sevginin dastanıdır)

Əgər insan tutduğu vəzifəsinə, sərvətinə görə seviləcəksə, bu yaltaqlıq və xəyanətkarlıqdır. Vətən gəlir mənbəyi kimi seviləcəksə, o vətən bir gün yadların ayaqları altında inləyəcəkdir. Vətən nə qədər onu qorumalı olan insanların biganəliyindən əzab çəkəcəksə, bu vətənin deyil, onu qorumalı ikən qorumayan insanların faciəsidir.

Vətənə olan sevgi həqiqi, səmimi deyilsə, ailəyə, qohum-əqrabaya olan sevgi, hörmət su üzərindəki hübbaba (köpüyə) bənzəyər. Bu köpük hər an partlayıb yox ola bilər. Vardan yox halına çevrilə bilər. İnsan bundan heç nə qazana bilməz. Əgər Allah bizi yoxdan var edibsə, biz niyə vardan yoxa doğru meyilli olmalıyıq. Bütün insanlar iki halda var olur. Bir doğulur var olur, bir də əbədi var ola bilir. Birinci cismani varlıqdır ki, nə qədər sağdır varlığı bilinir. Ikincisi isə əbədi varlıqdır ki, bu da hər kəsə nəsib olan nəsnə deyildir. Bu dediklərim həm dini, həm də elmi tərəfdən təsdiqini tapmışdır. İnsan olan əbədi var olandır, qalan hər şeyin küləyin qabağına qatıb qovduğu qum dənəcəyinin aqibətinə bənzər bir aqibəti vardır.

Külək olma ki, hərdən bir səmtə əsməyəsən. Qum dənəsi olma ki, aqibətin qeyri-müəyyən olmasın.




Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin