Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə38/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
ALLAH SƏBR EDƏNLƏRİ SEVƏR

Hər yeni gün ötən gündən daha da çətin gəlir. İnsan yaxşı, firavan, maraqlı gələcəyə ümid bəslədikcə gözlədiyinin tam əksinə olan nəsnələrlə qarşılaşmaq məcburiyyətində qalmalı olur. Odur ki, heç nəyə əhəmiyyət vermədən yaşamaq lazımdır. Bu gün nə qədər ağır olsa da, hər şey daha yaxşı olacaq ümidi ilə yaşamaq lazımdır. Səbr çox vacibdir. Allah da səbr edənləri sevər.

Əgər hayatında nəsə çatışmırsa, istədiklərinlə əldə etdiklərin uzlaşmırsa, üzülmə, ruhdan düşmə, çaba göstərməyə davam et. Hər şeyin zamana ehtiyacı var. Zaman darmadağın da edə bilər, qura da bilər. Çalışın hər şeyin ən yaxşısını düşünün. Bəzən susmaq yersiz danışmaqdan daha faydalıdır. Həmişə susmaq da olmaz. Susqunluğunuz əldə edəcəklərinizə əngəl ola bilər. Odur ki, danışmaq da vacibdir.

Biz hamımız müxtəlif zaman kəsiklərində ilişib qalmışıq. Kimsə keçmişdə, kimsə düşüncələr dolanbacında, kimsə başqa bir insanda, kimsə də özündə. Bu qarmaqdan qurtulmaq üçün ağıllı düşüncə yiyəsi olmaqdan əlavə, insan oğlu çevik qərarlar verməyi bacarmalıdır.

Sənə yoldaşlıq etməyənin ardınca qaçmaq sərsəmlikdən başqa bir şey deyildir. İnsan daim yenilik axtarışında olmalıdır. Bu yeniliklər insanın rifah halını yaxşılaşdırmaq üçün həyata keçirilməlidir. Biz ilk mobil telefon çıxanda çox təəccüblənmişdik. Həm də çox maraqlı gəlirdi bizə. O telefonlar az qala bir ət baltası ölçüsündə idi. Get-gedə yeni modellər yaradıldı. Həcimləri kiçik, yaddaş tutumları isə daha çox oldu. Və bu gün insan oğlu elə bir yüksək texnologiyaya yiyələnibdir ki, artıq yüksəliş hesab etdiyimiz texnologiyadan insan əleyhinə istifadə etmək fikrinə düşüblər. Və bu texnologiyadan bəşəriyyəti məhv etmək üçün istifadə etməyə qərar verilib. Səbəb də onu gətirirlər ki, Yer kürrəsində insan sayı həddən artıqdır və bu qədər insanı (6,8 milyard nəfər) qida ilə təmin etmək mümkün deyil, yer bu qədər insanı üzərində saxlamaq gücündə deyil. Bu səbəbdən Yer kürrəsinin əhali sayını 1 milyard nəfərə qədər azaltmaq istəyirlər. Lobaratoriyalarda hazırlatdıqları viruslarla bəşəri qırmaq istəyirlər. Sual edirəm, siz kimsiniz, ey eybəcər məxluqlar, ey şeytana xidmət edən yaramazlar? Sizmi yaratmısınız bu aləmi? Sizin xəbəriniz varmı 18 min aləmdən. Bütün bunları yaradan da, himayə edən də Allahdır. Gərək olsa yaratdığı kimi də məhv edər. Bilin! Yaradan ən əvvəl Onun yaratdıqlarını məhv etmək istəyənlərin şeytan yuvasını darmadağın edəcəkdir. Yaradanın öz “Silahı” var. Zəlzələ, sunami, qasırğa, tufan, daşqın və s. və ...

Yeni sahillər görmək üçün köhnə sahillərdən uzaqlaşmaq şərtdir. Onun üçün də səyahətini davam etdirməkdə israrlı olmağın vacibdir. Haqqında düşünmədiyin, fikirləşmədiyin amma sənin xeyrinə olacaq heç nəyə mane olma. İnsan bir yol yolçusudur. Əgər o yol haqq yoludursa, yolçu yolda yorulmaz. Pessimist (bədbin) adamlar gileyli, optimist (nikbin) adamlar ümidli, realist (real düşünən) olanlar isə real olacaqlara inanarlar. Hər kəs seçim etməkdə sərbəstdir. Ürəyinə hökm etmə. Çünki azadlıq insan üçün ən vacib nəsnələrdən biridir. Azad olmayan insanla azad insanın fərqi nədir bilirsinizmi? Azad olmayan insanın yediyi, içdiyi qarnını doydursa da, canına yatmaz, nuş olmaz. Azad insanın yediyi quru çörək onun üçün dünyanın ən ləzzətli naz-nemətindən də dadlı olar. Ey bəşər övladı, səni xoşbəxt edə bilməyənlə vidalaşmaqdan qorxma. Qərarını qətiləşdir və istəklərini gerçəkləşdir. Rus yazıçısı M. Qorki yazırdı: “İnsan hər şeyi bacarır, yetər ki, istəsin”

Sizi gözləyən insanlara yetişmək üçün tələsin. Harda ki, sizə sadəcə dözürlər oradan qaçın, həm də arxaya baxmadan qaçın. Təəssüf hissiylə geriyə baxma, ümidlə irəli bax. Bəzən nəyisə başa düşmək çətin ola bilər, amma bir şeyi mütləq bilmək gərəkdir ki, təsədüfi hesab edilən hər şeyin səbəbi və mənası vardır. Ey insanlar, narahat olmayın! Dua edin! Allah hər şeyi yoluna qoyacaqdır. Dindarlar bəzi hadisələri gərək olduğundan artıq şişirtməklə, ateistlər isə ilahi hadisələri inkar etməklə özləri də bilmədən (bəlkə də bilərəkdən) insanlar arasında çaşqınlıq yaradırlar. Amma bir şeyi hər kəsin bilməsi vacibdir ki, Allah sevə-sevə yaratdıqlarını ümidsiz buraxmaz.

İnsan həyatda çox şeyi çətinliklə əldə edir. O, həyatdan bərk-bərk yapışır. İstəyir ki, övladlarının evi olsun. Içində isti ocağı, ocağının üstündə isə qaynayan qazanı əskik olmasın. Istəyir ki, evinin həmişə işığı yansın. Doğma evinin astanasında onu gözləyən anası (qadın) olsun.

Əgər sizə desələr ki, “Sizin qatar gedib”- unutmayın, Allah sizə görən gözlər, eşidən qulaqlar, yeriyəcək ayaqlar veribdir. Təmas qurmaq istəsəniz dilinizin də olduğunu unutmayın. Əlləriniz pislikləri görməmək üçün pərdə, yaxşılıq etmək istəyəndə isə mərhəmətli və şəfqətli olacaqdır. Əgər desələr ki, “Sizin kitabınız çoxdan bağlanıb”, nə eybi, siz yeni bir kitabı özünüz yazmağa başlayın. Axı, hər ömür bir, bəlkə də bir neçə kitabdır!


Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin