Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə4/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   2   3   4   5   6   7   8   9   ...   52
BELƏ CƏMİYYƏT OLAR
Yığışıb cəm oldular
Sərvəti bol əmilər.
Qərara gəldilər ki,
"Alaq iri gəmilər"

Yiyəsi itə vurğun,


İt yiyəsin tanımır.
Qanın sorur durmadan,
Bit yiyəsin tanımır.

Yiyəsinin xətrinə


Dəymədilər o itə.
İtsə satdı yiyəsin
Bir fışqırıq, bir fitə.

Araba kölgəsində


Yeri rahat itə bax.
Yeyib harınlayıbdır,
Gah itə, gah ətə bax.

İt boğuşdurur hər gün


Harın-harın dayılar.
Xoruz banından əvvəl,
Çətin onlar ayılar.

Zaman boğsa insanı,


O da insanı boğar.
Belə davam edərsə,
Göydən yəqin daş yağar.

BATAN ÇOXDUR GÜNAHA
Gözüm könlüm açılır,
Bir gülər üz görəndə.
İsti gəlir canıma,
Ocaqda köz görəndə.

Çoxdur  ögey, yabançı,


Xeyli qapan, talançı.
Yan-yörəmiz yalançı,
Şadam bir düz görəndə.

Hövsələm lap daralır,


Sərsəm məndən söz alır.
Qanım yaman qaralır
Kobud, öküz görəndə.

Günəş şəfəqi dərman,


Neynirəm çiskin, duman.
Baxıb oluram heyran,
Mavi dəniz görəndə.

Batan çoxdur günaha,


Çıxarıqmı sabaha?
Şükr edirəm Allaha,
Nəfsi pəhriz görəndə.
Şadam yaxşı bir əməl,

Dağılmaz, möhkəm təməl,

Dürüst, çox da mükəmməl

Alim, hafiz görəndə.



YATIB OĞLAN
Xumarlanıb yatıb oğlan,
Oyatmayın tezdir hələ.
Qüssə-qəmi atıb oğlan,
Niyə sevinir o belə?

Yuxun şirin olsun sənin,


Ay şir oğlan, pələng oğlan!
İstimi yorğan-döşəyin,
Vətən darda, ay ləng oğlan?

Düşmən zəbt edib torpağı,


Kim alacaq sən almasan?
Çəkilməz əsla ayağı,
Düşmənə düşmən olmasan.

Düşmən məkirli, hiyləgər,


Göstər ona öz gücünü.
Qisas almalısan, yetər,
Qalx ayağa, al öcünü.
Sənin deyilmi bu torpaq,

Biganə olmaq nədəndir?

Sənin deyilmi Qarabağ?

Bakı başsa o bədəndir.


Düşməni peşman etməkdən,

Hələ durub gözləyirsən.

Yol alıb ora getməkdən,

Xəbərləri izləyirsən!


Dur ayağa sözünü de,

Bir xəbər də səndən olsun.

Bir demə, lap yüzünü de,

Xəbərdarlıq məndən olsun!!!


ADAM BİLDİK
Adam bildik, cənab dedik
Nə vaxtsa bir ətbaş kəsə.
O da bu sözdən şişərək
Yaman gəlmişdi həvəsə..

Saman verdilər, çaşdı o,


Samanlıq da mənim dedi.
Həddin yamanca aşdı o,
Xərlər dostum, tənim dedi.

İsanlığın itirmişdi,


Asıb-kəsirdi sağ-solun.
Ağasından götürmüşdü
Azmısdı haqqın düz yolun.

Atasına ağ olsa da,


Ağaları çox sevir o.
Ağasının dost-qardaşı
Dığaları çox sevir o.

Çörək kəsdiyi adamı,


Düşünmədən satar, durmaz.
Bir axmağın etdikləri,
Alçaq işi, ağla varmaz.

SİZDƏN HEÇ NƏ İSTƏMİRƏM
Sizdən heç nə istəmirəm,
Mənə məni qaytarın siz.
Hazır çörək, nazü-nemət,
Nə səxavət nə mərhəmət
Gözləmirəm, diləmirəm,
Torpaq, dəni qaytarın siz.

Yollar çəkdiz hamar-hamar,


Qəlbimə yol çəkmədiniz.
Tarix dağıldı tar-mar,
Yediyimiz də zəhrimar
Bizi sındırmaq istərkən,
Sanırsız siz çökmədiniz?

Mahal-mahal getdi torpaq,


İtdi adət-ənənəmiz.
Babamızdan yoxdur soraq,
Yetim qalıbdır bu torpaq,
İtib-batır adətimiz,
Corab toxumur nənəmiz.

İndi torba toxuyurlar,


Vətən deyən oğullara.
Oxuyurlar moltanıca,
Millət düşüb yem dalınca.
İnanmır o divə Cırtdan,
Bax, heyran ol nağıllara.

Məlikməmməd zamanının


Divləri, çox ali idi.
İndi elə divlər vardır,
Yer-göyü əldə oynadır.
Hali olanlar bilir ki,
Yapışdı qopmaz, zəlidi.

Yeni heç nə istəmirəm,


Rədd eləyin interneti.
Rədd eləyin adını da,
Yaradan, ustadını da,
Dinləməyim, eşitməyim,
Nə səhv sözü nə qələti.

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin