ALLAHIN QƏZƏBİNDƏN QORXURAM
Ehtiyacı olmayan insanlara yardım edən televiziya aparıcısına etiraz edən Fb- istifadəçilərinin rəylərini oxuyarkən yadıma olmuş bir əhvalat düşdü.
Sovet dönəmində bir kişinin işləri heç düz gətirmirdi. Bu az imiş kimi bir gün də bərk xəstələnir. Ümidini hər yerdən üzmüş bu kişi əllərini səmaya tərəf tutaraq titrək, zəif səslə deyir: "Ey Allahım, dərd verən də, dərdə məlhəm edən də sənsən. Məndən də mərhəmətini əsirgəmə. Şəfa tapan kimi həyətimdəki danalardan birini də kəsib insanlara nəzir paylayaram.
Bir neçə ay keçmişdi. Kişi sağalmışdı. İşləri də öz axarında gedirdi. Bir gün arvadı ondan soruşdu:
-Ay kişi, yadından çıxmayıb ki...?
Kişı arvadın sözünü yarımçıq kəsib tez dilləndi:
-Nolub, ay arvad, nəyi deyirsən?
-Demişdin ki, Allahım məni sağlamlığıma qovuşdur, işlərim səhmana düşsün, həyətdəki danalardan birini kəsib insanlara nəzir paylayaram. Yadındamı?
-Əlbəttə yadımdadır.
-Onda yubatma. Dananı kəs!
Kişi dediyi kimi də edir. Bir neçə qohum-qonşu ilə axşama qədər işini sona çatdıraraq verdiyi vədə əməl edir.
Şam vaxtı arvad kişidən soruşur:
-Nəzirdən kimlərə pay verdiniz?
Kişi başlayır bir-bir adamların adlarını sadalamağa.
Arvad təəccüblə kişiyə baxıb soruşur:
- Bu saydıqların kəndin sayılıb-seçilən, heç nəyə ehtiyacı olmayan adamlarıdır. Nəzirləri niyə kasıblara paylamadıniz?
-Arvad, mən nə karəyəm ki, bilmədiyim işə baş qoşum. Allah var-dövləti o adamlara verib. Mən də nəziri onların arasında bölüşdurdüm ki, Allah qarşısında günahkar olub, onun qəzəbinə tuş gəlməyim.
Dostları ilə paylaş: |