Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə43/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
QADİRİN SEVGİSİ

Qadir sovet dövrünün adamlarındandır. Özünü heç vaxt ağır işlərə təslim etməyib. Necə deyərlər ortada yeyib, elə orta da gəzənlərdən olub. Bir vaxtlar indiki “Nəsimi” bazarında çek paylayan olub. Pula da ki, pul deməyib. Üstündə “Lenin baba”nın şəkili olan əskinazları özündən də, qohum-əqrabadan da çox istəyib. Bir sözlə, bir yanan barmağa məlhəm edən olmayıb.

Qırmızıların imperiyası dağılandan sonra sərhədlər açılır. Normal, qeyri-normal, haqq edən, haqq etməyən adamlar Həcc ziyarətinə gedib-gəlməyə başlayırlar. Qadir də qərara gəlir ki, Həcc ziyarətinə getsin. Dayısının həccə getmək fikrini eşidəndə bacısı oğlu anasına üz tütub deyir:

-Ana, bilirsən də dayım həccə getmək istəyir. Amma, ay ana onun həccə getməsi heç düz qərar deyil.

-Elə demə, ay oğul, niyyət edibsə, getsin.

-Ay ana, onun dilindən söyüş düşmür. Ondan çətin Allah adamı olsun.

Uzun sözün qısası, Qadir gedir və geri dönür. Adı Qadir olsa da pul, var-dövlətdən başqa, yaxşı heç nəyə qadir olmayıb o.

Həccdən qayıdandan bir müddət sonra kənd cammatı ilə söhbət edirmiş Qadir. Çox söz-söhbətdən sonra deyir:

-Başqalarını bilmirəm, amma mən həccə gedib gələndən sonra əlim bəd gətirir.

Bu sözdən sönra ona dikilən gözlərin hər birində nə qədər sual olduğunu görməmək üçün “Qadir kimi bir Allah bəndəsi” olmaq kifayət idi





Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin