|
*“Gedəcəyim bir yer yoxdur” deyənin də gedəcəyi bir yer vardır.
*
|
səhifə | 45/52 | tarix | 10.01.2022 | ölçüsü | 292,48 Kb. | | #107892 |
| *“Gedəcəyim bir yer yoxdur” deyənin də gedəcəyi bir yer vardır.
*Mənəviyyatca ac olanların maddi toxluğu mümkün deyil.
*Yalan çirkabdır, yalanı danışan isə çirkab içində çabalayan
həşəratdan başqa bir şey deyil.
*Kim deyir yazma? Yaz, amma elə yaz ki, nə vicdanın sızlamasın, nə də qələm inciməsin.
*Gözünün içinə baxa-baxa yalan danışan biri düşməndən də betər düşməndir.
*Adətən biri danışanda o biriləri dinləyər. Görünən o ki, hamı danışır, bircə nəfər də dinləmir.
*Yalan həqiqəti azdıra bilər, ünvana yetməyinə mane ola bilməz.
*Kimlərin haralarda nələri olmasını yazmaq maraqlı deyil, nələri yoxdur yazsanız, daha maraqlı olar.
*Ucuz adamın dəyərli söz haqqında mülahizələri, çalxalanan dənizdə dənizin köpüklərinə bənzər.
Dostları ilə paylaş: |
|
|