|
*Darıxanda güzgüdə özünə bax.
*
|
səhifə | 48/52 | tarix | 10.01.2022 | ölçüsü | 292,48 Kb. | | #107892 |
| *Darıxanda güzgüdə özünə bax.
*Hər gün onlarla yalan danışanla rastlaşsam da, ildə bir doğru danışanla rastlaşmıram.
*Mənliyi olmayanın şənliyi çox eybəcər olur.
*Ədaləti olmayanın ləyaqəti olmaz.
*Biri düşmənim deyilsə, onun dostum olması anlamına gəlməz.
*Qanmazı qandırmaq üçün onun səviyyəsinə enməyə ehtiyac yoxdur.
*Yalançı şahid əxlaqsız qadından da pisdir.
*Qatığın qara olduğunu iddia etmək istəyənin mayası pozuq olar.
*Yaltaqların ucaltdığını öz içindəki təkəbbürü yıxar.
*Cəhd etmədən məqsədə yetmək əfsanədir.
*Şərəfini satmış biri, hər şeyi satmağa qadirdir.
*Ləyaqətsiz biri ləyaqətdən danışırsa, deməli dünyanın düzəni pozulmuşdur.
*Əzazil mərhəmətdən, hədsiz ədalətdən danışırsa, ya yeni oyun başlayacaq, ya da sonu çatmışdır.
*Hər kəsin tərəfini saxlamaq vacib deyil, haqq olanın tərəfini saxlamaq şərəfdir.
*Yalanlar içində doğru axtarma, yalanı törədən səbəbi axtar.
*Yalan qorxaqların silahıdır və bu silah teatr xəncərinə bənzərlikdən başqa bir şey deyil.
*Mən heç nədən və heç kimdən qorxmuram, Allahıma yararsız bəndə olmağımdan qorxuram.
Dostları ilə paylaş: |
|
|