SARIMSAQ
Sağa-sola boylandım,
Bazar həmin bazardı.
Orda alver edən də,
Hər gün ora gedən də
Köhnə müştərilərdi,
Ana, bacı, ərlərdi.
Xiyar, pomidor, kələm,
Lobya, noxud alan kim.
Ordakı məhsullara
Baxıb heyran olan kim.
Portağalı, limonu
Sanki görmür adamlar.
Sarımsaq axtarırlar
Bazarda xam, avamlar.
Həkim verir məsləhət,
Sarımsaq dəyərlidir!
Satanda da bəlağət,
İnsana xeyirlidir.
Müştəri sual edir,
Yerlidir bu sarımsaq?
Razı qalmayan gedir,
Hərif sənsən, qurumsaq!
Bunlara, ey camaat
Heyran qalaq, qalmayaq!?
Sarımsaq on beş manat,
Alaq, yoxsa almayaq!?
SÖZ NƏFƏSDİR
Yaxşı sözə var havadar,
Şirin dilli şəkər dadar.
Söz əhlidir o xiridar,
Tanrı xəlq edən baladır.
Söz alidir, söz müqəddəs,
Söz qidadır, söz bir nəfəs.
Deyilməyibdir heç əbəs,
Söz bir alınmaz qaladır.
Söz var ki, yandırar, yaxar,
Söz də var ki, qəlbə axar.
Söz də vardır evlər yıxar,
Müxtəsər, başa bəladır.
Söz duz-çörək, sudur, hava,
Söz həm baha, həm bedava.
Söz də vardır dərdə dəva,
Bəlkə də ondan əladır.
GECƏ
Dostları ilə paylaş: |