Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə7/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   2   3   4   5   6   7   8   9   10   ...   52


Gecənin bir aləmidir,

Şəhər yatıb.

İki nəfər oyaq hələ,

Biri mənəm, biri kimdi?

Yuxu məndən qaçaq olub,

Biri də var mənim kimi,

Niyə yatmır?

Yoxsa ki öz aləmində

Sinə gərib

yuxu kimi bir nemətə,

qoçaq olub?

İki evdən işıq gəlir,

Bir ev sənin, bir ev mənim.

Gecə əgər dostumdursa,

Yuxu deyildir düşmənim.




HEÇ KƏSƏ QALMAYIB
Biz ikimiz də yoxsuluq,
Hamı görür, hamı bilir.
Sən də şərəf, məndə də pul,
Hər gün azalır, əksilir.

Pay deyil ki kimsə verə,


Qismət deyilsə, olmaz heç.
Hanı bir qiymət verəni,
Kim dəyərli kimdi bivec.

Kişi sayırlar pullunu,


Kimdi sorğu-sual edən?
Yeyib millətin malını,
Əcəb olub göylə gedən.

Ləyaqətli, şərəfi yox,


Var-dövlətə satar özün.
Haqqı desən də üzünə,
Günahkar çıxarar yüzün.

Abır-həya yaxşı şeydir,


Alçaq birində olmayıb.
Ey sərvət yığan, nəfsə qul,
O ki, heç kəsə qalmayıb.

Adam kimi bax dünyaya,


Bəlkə açıldı ürəyin.
Sevgi dəni ək içində,
Nə vaxtsa olar gərəyin.

CAN CANANDAN ƏMANƏT
Can Canandan əmanət,
Əsla xəyanət olmaz.
Hər kəsə qurban etmək
Doğru qənaət olmaz.

İnsanlıqdan uzaqdır,


Qəlbi daş olan insan.
Hamıdan qaçaq düşüb,
Ona tapılmaz həyan.

Tanrıyla aramızda


Var sehirli bir aləm.
Yetişər, yetişməzmi
Ona harayım, naləm?

Yox, şikayət etmirəm,


Giley də mənlik deyil.
Həyat qəliz olsa da,
Düstur, nə tənlik deyil.

Sən kimsən, ey harın kəs?


Qayda-qanun qoyursan.
Ədalətdən dəm vurub,
Qanı qanla yuyursan.

İnsandır yolun azan,


Odur pozan düzəni.
Tanrım cəzasız qoymaz
Yaratdığın üzəni.

Haqq, özüdür Yaradan,


Ədalət də Ondadır!
Başlanğıc Ondan gəlir,
Nəhayət də Ondadır.
DOĞRU ADAM, MƏRD KİŞİDİR
İnsan var ki, duyğusu yox,
Fikirləri pərən-pərən.
İnsan da var qayğısı çox,
Yoxdur amma əl yetirən.

İnsan var ki, ağlı başda,


Doğru adam, mərd kişidir.
İnsan da var hey təlaşda,
Alçalmaq, düşmək işidir.

İnsan var ki, əhli haldır,


İnsanlıqda yeri vardır.
İnsan da var gömgöy- kaldır,
Onun da öz sirri vardır.

Kal görünən kal deyildir,


O da bir oyun içində.
Susur, dinmir, lal deyildir,
Bir sürü qoyun içində.

İnsanlığın halına bax,


Yaxşı-yaman işi bəlli.
İnsan var pislikdən, Allah
Yapışıbdı ikiəlli.


ƏSLA
Tanrımız tuş salan yolçularıq biz,
Bu yoldan çəkilib, dönmərik əsla.
Eşqimiz ucaldıb bizi göylərə,
Ucaldan Odursa, enmərik əsla.

Sevgimiz çox ləziz, həm də ki şirin,


Mənası böyükdür, dəryadan dərin.
Məcnunu bilirik, məni dindirin,
Eşq üçün yanan biz, sönmərik əsla.

Sizinlə söhbətdə mənəm-şairdir,


Sevgi aləmində aslandır, şirdir.
Min sual olsa da cavabı birdir,
Yansaq da, bişsək də dinmərik əsla.

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin