ŞÜBHƏSİZ
Soyada baxırsan bizə bənzəyir
Adına baxanda sizə bənzəyir.
Siması sürtülmüş üzə bənzəyir,
Bu oxşar, bənzərlər acdı şübhəsiz,
Boynuna taxdığı xaçdı şübhəsiz.
Sarılıb boynuna, adı yabançı,
Özü saksafonçu, gədə bayançı.
Bunlar bu dünyada məşhur oyunçu,
Baxanda ən iyrənc matçdı şübhəsiz,
Boynuna taxdığı xaçdı şübhəsiz.
Atası qarışıq, anası haydır,
Kökləri qarışıq, alçaqdır, zaydır.
İşlərı şüvənlik, həşir, haraydır,
Bütün əməlləri suçdu şübhəsiz
Boynuna taxdığı xaçdı şübhəsiz.
ŞEYTANIN ŞİKAYƏTİ
Məəttəl qalmışam bu adamlara,
Şikayət edirdi dostuna şeytan.
Bizdən də zirəkmiş heç demə, qardaş,
Barmaq uzadıbdır hər yerə insan.
İnsanlıq durmadan hey şeytanlaşır,
Adımız çıxıbdır, biz yalan olduq.
Bizim adımıza sahib çıxıblar,
İnsanlıq adın da bəlkə biz aldıq!
Sən belə bədgüman olma, qardaşım,
Biz şeytan balası, şeytan nəsliyik .
Sus, yavaş, eşidər insan deyər ki,
Siz şeytan surəti, bizsə əsliyik.
Danışma, qardaşım, belə dərd olar,
Bizi içlərində var elədilər.
Hər yerdə, hər yanda meydan onların,
Başmıza dünyanı dar elədilər.
EŞİT, EY...
İnsanlar içində nələr var imiş,
Məsum görünənlər yırtıcı oldu.
Məzlumun qanına susamış zalım,
Özütək zalımın əlacı oldu.
Məkirli həriflər şərəfdən uzaq,
Vətəni, torpağı satandır onlar.
Kimliyi bilinmir, bəlli deyildir,
Halala haramı qatandır onlar.
Kasıbın övladı vətənə sipər,
Zalımın harını tuman altdadır.
Vətən sevənlərin əlində bayraq,
Xainin xəyalı saman altdadır.
Nə qədər insanı qatdın oyuna,
Darıxma, səni də oyun gözləyir.
Vətəni, milləti sevən üzdədir,
Alçaqlar həqiqi üzün gizləyir.
Eşit, ey şərəfin uca tutan kəs,
Bu torpaq, bu vətən sənin adındır!
Onunçün öldürüb, ölməsən əgər,
Ayılıb görərsən hər şey yadındır.
Dostları ilə paylaş: |