Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə24/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
ƏVVƏL VƏFA, SONRA ŞƏFA
Eşqim vardır dağdan uca,
Tarixdən də ahıl, qoca.
Axşam, səhər, il boyunca
Mərhəmət et, etmə cəfa,
Əvvəl vəfa, sonra şəfa.

O canandır, mən aşıqəm,


Ona heyranam, sadiqəm,
Görən bu eşqə layiqəm?
Çiyin üstə vardır qafa,
Əvvəl vəfa, sonra şəfa.

Qəlb vurduqca nigaranam,


Çətin bir də mən yaranam.
Məhəbbətim vətən, anam,
Əziyyət etməm ətrafa,
Əvvəl vəfa, sonra şəfa.

Məhəbbət Tanrının payı,


Oylağı qəlbin sarayı.
Aşiqlər bilir olayı,
Görmək üçün seyri-səfa,
Əvvəl vəfa, sonra şəfa.

Sevgi iki qəlbin odu,


Şirin, acı olur dadı.
Onun əlacı, imdadı
Sən bilməzsən, ey bivəfa,
Əvvəl vəfa, sonra şəfa.

Eşq, məhəbbət, sevgi ilə,


Yar olasan bir gözələ.
Çox sözüm var qəlbdə hələ,
Yazsam yetərmi sərrafa?
Əvvəl vəfa, sonra şəfa.


Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin