Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə28/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
İSTƏYİRƏM
Açıb sənə əllərimi, Tanrım imdad istəyirəm.

Vətənimi, türk elini azad, abad istəyirəm.


Harayımı eşit mənim, Sən ümidim, pənahımsan,

Yaranışdan necə vardı, o cür abad istəyirəm.


Maşınların tüstüsündən boğuluruq, məhv oluruq,

Nə “Mersedes”, nə də “Sanni” Bozat, Qırat istəyirəm.


Düşünməyim əlim çatmır, paxıllığım var canımda,

Xeyir, tamam yanlış fikir, doğru həyat istəyirəm.


Bu saraylar, imarətlər göz oxşayır şübhə də yox,

Ümman, həyət mağarında şənlik, büsat istəyirəm.



OLSA DA
Namərd əlindən içmə su, dərdinə dərman olsa da,

İnanma sən hər yetənə, görkəmi insan olsa da.


Hər sözünün bil yerini, hədər danışma heç zaman,

Ürək açma hər insana, söhbəti səhman olsa da.


Hər məqamın öz hokum var, həkk elə sən yaddaşına,

Yetəcəkdir vüsal dəmi, ayrılıq, hicran olsa da.


Əgər keçsə ömür hədər, sanma günahkardı zaman,

Məqsədinə aqil çatar, hər necə dövran olsa da.


Heç bir zaman etmə günah, fikrini ver yaxşılığa,

Öz sözünü deyər Ümman, hansı yer, məkan olsa da.





Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin