|
*Müsəlləhsə ordumuz, var olacaq yurdumuz.
*
|
səhifə | 46/52 | tarix | 10.01.2022 | ölçüsü | 292,48 Kb. | | #107892 |
| *Müsəlləhsə ordumuz, var olacaq yurdumuz.
*Kaloriya ilə kaloritin fərqini bilməyən “ziyalı” deyil, ziyanlı biridir.
*Bu torpağı gəlir mənbəyi kimi deyil, vətən olduğu üçün sevən hər kəsin bayramı mübarək olsun. Dünya durduqca var ol, Azərbaycan!
*Ramazan işığına bir ay yol getmək əvəzsiz bir hədiyyədir. Doğulandan ta bu yana Ramazan işığında irəliləyən bir yolçuyam!
*Hər son bir başlanğıcın qələbəsi və ya iflasıdır.
*Hərdən özünüzü təftiş edin, içinizdə yaltaqlıq toxumunun olub-olmamasını öyrənin. Qeyrilərinin bilməsi vacib deyil, bu sizin və vicdanınızın işidir.
*Siması gözəl olanı deyil, əxlaqı gözəl olanı sevmək gözəldir.
*Özünü çoxbilmiş və ağıllı sayanlar, cılız və yarımçıq olanlardır.
*Özünüzü serial qəhrəmanlarına bənzətmək istəsəniz, kim olduğunuzu və nə axtardığınızı bilməyəcəksiniz.
*Salamınızı almayanlar Allahı tanımayanlardır. Allahı tanımayanlar onun bəndəsini heç tanımazlar.
*Sabah insanların gözünün içinə utanmadan baxmaq üçün, bu gün şərəfinə sahib çıxmağı bacarmalısan.
*Içi qurdlu adamla, içi qurdlu meyvə müqayisə predmeti ola bilməz.
Dostları ilə paylaş: |
|
|