|
*Ən qorxaq adam yaltaq, ən iyrənc iş yaltaqlıqdır.
*
|
səhifə | 50/52 | tarix | 10.01.2022 | ölçüsü | 292,48 Kb. | | #107892 |
| *Ən qorxaq adam yaltaq, ən iyrənc iş yaltaqlıqdır.
*Xəstəni Allahın şəfası, təbibin məlhəmi sağaldar.
*Başınız üstündə Allahın kölgəsi var ikən, onun yaratdığının rəsminə nə ehtiyac var?
*Hər gün ləyaqətini itirmiş birini tanıdıqca, insanlığın süquta uğradığına inanmaq məcburiyyətində qalıram.
*Ürək bir parça ət olsa da, içində bir dünya sevgi, o dünyanı tar-mar edə biləcək qədər kin-küdurət ola bilər.
*Yaltaqlıq qadın işi deyil, kişi olana heç yaraşmaz.
*Bu millətin heç kimin yardımına, köməyinə ehtiyacı yoxdur. Haqqını alsa, yetər.
*Məni yandırmazdı iri tonqallar, bir cılız sərsəmin sözü yandırdı.
*Düşmənə güzəşt edən öz ölmünü tezləşdirər.
*İnsanlar bir-birini gördüyü kimi deyil, qəbul etdiyi kimi görür.
*Bu torpağı gəlir mənbəyi kimi deyil, vətən olduğu üçün sevən hər kəsin bayramı mübarək olsun. Dünya durduqca var ol, Azərbaycan!
Dostları ilə paylaş: |
|
|