|
*Vətən fərdlərin deyil, xalqın simasında vətən olur.
*
|
səhifə | 51/52 | tarix | 10.01.2022 | ölçüsü | 292,48 Kb. | | #107892 |
| *Vətən fərdlərin deyil, xalqın simasında vətən olur.
*Vətən, vətən deyənlərlə vətən uğrunda canlarını fəda edənlər başqa-başqa insanlardır. Birincilər şüarçı, ikincilərsə savaşçıdır.
*Bu cəmiyyət hara gedir?
Qoca, qarı, cavan yaltaq.
Belələri ömrü boyu
Kimlərəsə olur yamaq.
*Mən millət vəkili ola bilərəm. O isə mən ola bilməz. Aramızdakı fərq Yerlə Göy arasındakı fərq qədərdir.
*Kiminləsə razılaşmaq öz fikrindən dönmək deyil.
*Cəsur ürəyi, döyüşən biləyi olan millət yenilməz.
*Göz yaşlarını təbəssümə çevirmək üçün bir sevgi yetər.
*Ədalət olan yerdə haqsızlıq zəncirlənmiş olacaq.
*Göz qamaşdıran libasın içində bir sərsəmin olması mümkünsüz deyil.
*Düşmənə düşmənlik etməklə məşğul olsan, dostlarını da itirmiş olarsan.
*Qanunsuz ölkə viran, ədalətsiz insan yırtıcıdır.
*Simanın gözəlliyini hər kəs, ruhun gözəlliyini yalnız Tanrı görər.
Dostları ilə paylaş: |
|
|