*Sevmək əzabdır, əzab sevmək deyil.
*Hüquq qanunların cəmidir. Hər cəmin də hüququ bilməsi xülyadır.
*Xoşbəxtlik nağıldır, bunu hər kəs anlamaz.
*İnsanların bir-birindən fərqi-əxlaqıdır.
*Sakit oğurluq etməkdənsə, hay-küylə müştəri səsləmək daha yaxşıdır.
*Böyük insanların səhvlərini bilmədiyimdən, böyüklüyünü iddia edə bilmərəm.
*Dilin dediyi sözlər ürək deyilən mətbəxdə hazırlanır.
*Xəstə cəmiyyətdə sağlam olmaq, doğulmadan ölmək deməkdir.
*Dövləti idarə etmək, bir ailəni idarə etməkdən daha asandır.
*İnsanlıq üçün mücadilə etmək, gələcəyi işıqlı görmək istəyindən qaynaqlanır.
*Musiqiçilərin və idmançıların millət vəkili olması düzgün deyil. Bu insanlar savadsız (bəzi istisnalar ola bilər) və yalnız özlərini düşünən olurlar.
*Bu gününə sahib çıxmayan gənclik, gələcəyini tapmaqda çox əzab çəkəcək.
*Qorxu ilə tək-tək insanları, sevgi ilə milyonları ram etmək olar. Sevgisi olmayanın özü də yoxdur.
*Riyakara haqq verib, yüzlərin haqqını qurban verən cəmiyyətin, həqiqət haqqında anlayışı yoxdur!
*Bəzilərinin “kişi” sandıqlarını çoxları heç pişik də sanmır.
*Belə düşünməyi hardan öyrənmişik? Yaşın çoxdursa, hörmətlisən. Nəyi pisdir ki? Əla. Vəzifən varsa, çox hörmətlisən. Əgər o insan həqiqətən bu hörmətə layiqsə, niyə də olmasın? Əfsuslar olsun ki, özümüz insanları boynumuza oturduruq. Bir də onda xəbər tuturuq ki, bu o deyil. Artıq iş-işdən keçmişdir. Allah köməyimiz olsun, ey insanlar!
*Birinə layiq olmadığı dəyər verilsə də, gec-tez kim olduğu üzə çıxacaqdır.
*Vətən harınlar üçün gəlir mənbəyi, kasıblar üçün canını belə əsirgəməyəcək varlıqdır! Ədalət bu tərəflərdən hansının yanındadır? Sual gülünc səslənir, elə deyilmi?
*Gecə pislikləri örtən pərdədirsə, gündüz pislikləri və yaxşılıqları əks etdirən aynadır.
*Xəyanətkarı yaşamaqla cəzalandırmaqdansa, ölümlə mükafatlandırmaq daha doğru seçim olardı.
*İnsanları anlamaq, insan olmaq qədər çətindir.
*Biri sənə canfəşanlıqla yaxşılıq etmək istəyirsə, niyyətində xoşagəlməz nəsə ola bilməsi qəribə deyildir.
*Sevməyi bacaranın yaşamağa haqqı vardır.
* Sənə inanan varsa, demək insansan.
*Azərbaycanlılar yatan pələng deyilmiş!
*Mənim polisim məni döyür!
*Torpağı satanlar, analarını çoxdan satmışlardır!
*Maskasız küçələrdə ağalıq edən polisləri virus tutmur, amma evdə oturanlara qənim kəsilib!
*Koronavirus da qohumbazlıqla məşğuldur!
*Əxlaqsız əxlaqdan, ədalətsiz ədalətdən danışırsa, demək dünyanın düzəni pozulmuşdur!
*Hər gün ürəyimlə danışıram mən,
Mən ondan gileyli, o da ki, məndən.
*Ciddi-cəhdlə gözə soxulmaq istəyənlərin payı bir sümükdən artıq ola bilməz.
Dostları ilə paylaş: |