SƏN MƏNİ TANIYA BİLMƏMİSƏN
Bəsitdən aliyə bir yol keçmişəm,
Sən məni tanıya bilməmisən heç.
Mən halal dadmışam, halal içmişəm,
Ya mənə sirdaş ol, ya da ötüş keç.
Çox yanlış zamanda qarşıma çıxdın,
Mən Məcnun deyiləm, sən də ki Leyli.
Sevdalı qəlbimi sən niyə yıxdın?
Düşündüm bir cavab tapmadım xeyli.
Bərabər gedəcək yolumuz yoxdur,
Nahaq xəyal edib özünü yorma.
Bu sevda balsa da, ürəyim toxdur,
Niyə deyib, dönə-dönə heç sorma!
Göz yaşı axıdıb, ümidlənmə heç,
Ümidlər hər zaman həqiqət olmur
Əl çək bu sevdadan, yanından öt keç,
Hökm ilə gül bitmir, məhəbbət olmur.
Dostları ilə paylaş: |